“Onlara “Səssiz, adsız” Milli Qəhrəman adı verilsin”

19:00 08-11-2023 | icon 885 | Cəmiyyət
“Onlara “Səssiz, adsız” Milli Qəhrəman adı verilsin”

Reza Degati: “Azərbaycan “İnformasiya müharibəsi”ni də Zəfərə gətirə bilər”

 

44 günlük Vətən savaşının Zəfər tarixindən 3 il keçir. Mövcud geosiyasi reallıqlar Azərbaycanın 30+3 illik ötən tarixinə yenidən nəzər salıb, əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün daha aktiv addımların atılması zərurətini ortaya qoyur. Çünki düşmən məğlub olsa da, tətikdədir.

 

Bu gün “Zəfər Günü” tarixində Qarabağ həqiqətlərini toplayan tarix yazan, 30 il Qarabağ müharibəsini, ermənilərin Azərbaycanda törətdiyi soyqırım faktlarını, erməni vandallğını fotolentlərin kadırlarında dünyaya çatdıran fotoqraf, şahid dünya şöhrətli, tanınmış fotoqraf Reza Degati müsahibəsində Qarabağın ötən günü, bu günü və gələcəyinə Zəfər Günündən baxaraq mühüm nüanslara toxunub.

 

- Öz missiyasını yerinə yetirən Fotoqraf Reza Degati bu gün Qarabağda hansı yolla irəliləyir, hansı işlərin üzərində çalışır?

 

- Mən işlərimi yenə də davam edirəm. İki gün olar ki, Qarabağdan gəlmişəm. Bu dəfə 43 ölkədən gələn xarici səyyahları könüllü olaraq Qarabağa apardım, onları müşayət etdim. Onlara Qarabağda baş verənləri, Xocalını, bu şəhərin yaşadığı acıları, soyqırım və digər məlumatları verdim. Səyyahları Şuşada tarixi abidələrin erməni vandallığına məruz qalan dağıntılarla yanaşı, eləcə də bir çox rayonlarda aparılan bərpa işləri ilə tanıs etdim.

İşğaldan azad edilən ərazilərdə Azərbaycanın apardığı bərpa işlərini yaxından izləmək maraqlı idi. Düşmənin, işğalçının viran qoyduğu torpaqları azad edən əsl sahibi Azərbaycan dövləti, xalqı əraziləri dirildir, gözəlləşdirir.  Ən maraqlı mənzərə ilə Laçında qarşılaşdıq. Artıq Laçında insanla r öz evlərinə qaydblar.  Bunu dünyaya göstərmək maraqlıdır.

Eyni zamanda Qarabağın acısını, ermənilərin törətdiyi dağıntıları hələ də fotolentə köçürürəm. Bu dağıntılar böyükdür, onların hamısını lentə köçürmək hələ uzun illər aparacaq. Eləcə də öz yurduna qayıdan insanların həyat hekayələrini dinləmmək, haradan gəldiklərini öyrənmək, hansı həyatı yaşadıqlarını bilmək, onları fotolara köçürmək mənə çox maraqlıdır.

 

- Azərbaycanın Zəfərə doğru gedən yolundan siz də öz fotolarınızla keçdiniz. Bu gün Qarabağa Zəfər günündən baxsaq, fotoaparatınızın foksu nəyə tuşlanıb?

 

- Mən 43 ildir ki, dünyada gedən müharibələri çəkirəm. Müharibə, dağıntılar, o dağıntıların yaratdığı xarabalıqlar, yarımçıq qalmış insan ömürləri, əzabı… Bunları çəkmək mənə xoş deyil. Elə adamlar var ki, müharibədə işləmək, çəkməyi sevərlər, bu, onlara xoşdur. Amma müharibəni, onun dağıntılarını, ölümlərini çəkmək mənə xoş deyil. Mən sülhü çəkmək istəyirəm. Ona görə də müharibəyə gedib, onun fraqmentlərini lentə köçürəndə daha çox müharibənin acısını insanlara göstərib, onları qırğınlara son qoymağa çağırıram.

Həmişə düşünürəm ki, iki qonşu dövtlət arasında axtardığım sülh yolunu nə qədər də çətin olsa tapmaq olar. Çünki müharibə edən ölkələrin sonradan sülh, qarşılıqlı əməkdaşlıq şəraitində yaşamasını göstərən nümunələr də var. Məsələn, İngiltərə ilə fransızlar 100 il bir-birinin başını kəsib, öldürüb, şəhərləri, kəndlərini dağıdıblar. 100 il bir-birini əziblər. Eləcə də Almaniya ilə Fransa II dünaya müharibəsində bir-birini öldürsə də, sonda sühə çatdılar.

Ümid edirəm ki, tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanar. Sonra neçə nəslin keçməsi  lazım olacaq ki, ermənilərin törətdiyi bu dağıntıları, zülməri, ağrını yadan çıxartsın. Düzdür, bağışlayacaq, amma nutmayacaq. Bir zaman gələcək ki, Qafqaz xalqları hamısı bir yerdə rahat yaşayacaqlar. Bu gün Zəfər yolunda mənim fotoaparatımın foksu məhz sülhə tuşlanıb, məhz bu ideya üzərində çalışır.

 

“Mən onların adını “Səssiz Milli Qəhrəmanlar” qoymuşam”

 

- Bu gün Zəfərə tuşladığınız fotoaparatın  foksunda daha nələri görürsüz?

 

- Bu gün hamı Zəfər gününü sevinc, qürurla qeyd edir. Amma unutmalı deyil ki, iki qrup insanlar var ki, hamının onlara borcu var. Əgər onlar olmasaydı bu zəfər də olmayacaqdı. Təbiidir ki, bütün bu zəfərin üstündə Azərbaycan hökuməti, Azərbaycan prezidenti durur. Bir də adları “Milli qəhrəman” olan 92-ci ildən bu yana Qarabağ müharibəsində şəhid olanların hamısının adları, şəkilləri var. Hətta 91-ci illərdə elə yerlər var idi ki, orada  mühribə başlamışdı. O qəhrəmanların çoxunun adları şəkilləri hər yerdə var. İnsanlar onları xatırlayır, anır. Amma bir qrup adamlar da var ki, mən onların adını “Səssiz Milli Qəhrəmanlar” qoymuşam. Bu “səssiz milli qəhrəman”lar şəhidlərin anaları, ataları bacıları, qardaşları, uşaqları, ailələridir. Bir gənc adam öləndə, bir evin atası cavan öləndə bunun qalanlar üçün nə qədər faciəli olduğunu hamımız bilirik. O qalanlar hər gün ürəkdən acı çəkirlər. Düzdür, hamı onlara təsəlli verir, onlara yetişdirdiyi qəhrəmana görə “sağ ol” deyir. Amma yenə də uşağa ata, bacıya qardaş, validenyə övlad lazmıdr. Onlar bu itkilərini ömürlərinin axırına qədər yaddan çıxara bilməyəcəklər. Mən istərdim ki, onlara da bir orden təsis edilsin. Onlara “Səssiz, adsız” Milli Qəhrəman adı verilsin. Şəhid ailələri “Adsız və yaxud Səssiz” Milli qəhrəman olsunlar.

 

- Qarabağda Zəfərə gedən yolda ölüm, dağıntılar, qaçqınlıq həyatı yaşayanlar bu gün sizin fotolarınızda bu gün dünya ictimaiyyətinə necə təqdim olunur?

 

- Əslində bütün Qarabağ işğal altında çox ağır bir dövrü yaşadı və bu gün də işğalın ağır nəticələri qalır. Qabağda törədilənlər müharibə təxribatı deyil, bu, qəsdən planlaşdırılmış cinayətdir. Ermənilərin törətdiyi bu zülmlərə baxanda, belə aydın olur ki, ermənilərin “psixoloji problemi var və bu həll olunmasa onlar bu iddiadan əl çəkə bilməyəcəklər. Ona görə mən 3 ildir şəhər-şəhər kənd -kənd, evbə- ev gəzib, həm şəkil, həm video, həm yerdən, həm göydən dronlarla çəkilişlər aparıram. Bu faktlar ilk növbədə tarix üçün qalmalıdır. Bu faktlar dünya tarixində olmalıdır ki, bu vəhşilikləri törədənləri tanısınlar, bilsinlər. Eyni zamanda bu gün aparılan bərpa işləri maraqlıdır. Ermənilər 30 il işğal etdiyi əraziləri dağıtmaqdan başqa bir iş görməyiblər. Amma o yerləri dogma bilən, ata ocağı kimi sevən adamlar, 3 ildə o yerləri yenidən dirçəldib, böyük işlər görüblər. Mən əminəm ki, ermənilər o ərazilərə mina basdırmasaydı Azərbaycan 3 ildə etdiyindən çox, 10 qat bərpa işləri aparardı. İndi məcburi köşkünlərin hamısı evlərində idi. Məsələn, Laçın şəhərində mina yox idi. Orada mina olmadığına görə 1 il ərzində Azərbaycan hökuməti, şirkətləri oranı elə təmizləyib gözəlləşdiriblər ki, elə bil ki, İsveçin gözəl şəhərlərindən biridir. İnsanlar ora qayıdır. Onlara evlərinin açarlar verilir. İnsanlar öz evinə girəndə isti suyu, mətbəxi, yorğan döşəyini yerində görür. Girir, yaşayır… Zəfərə hərə bir prizmandan baxır, mən də buna belə baxıram.

 

- Zəfər fotolarının rəngi nədir? Dünya sizin şəkillərinizdə bu prosesi necə görə bildi?

 

- Həqiqətin rəngi nədirsə, o… Bir insanı, bir milləti bir məmləkətin adamlarının 100 il fikirlərini, inanclarını yalanlarla sarsıtdınsa, bunu onların başından çıxartmağa illərlə vaxt lazım olur. Nə yaxşı ki, fotolar dünyada ortaya böyük əsərlər qoyur. Nə yaxşı ki, bu vəziyyətdə həmin fotoları hazırlayıb dünyaya göstərə bilirəm. Dünya insanları fotolara inanırlar. Və 40 ildir adım elə bir yerdə dayanır ki, tamaşaçı dediyim sözə inanır. Hesab edirəm ki, bu mövzu daim dünyaya çatdırılmaldır və bu gün mən buna çalışıram.  

 

- Sizcə Qarabağ müharibəsində həqiqətin qalib gəlməsinin əsası nə oldu? Sizin üçün bu yolda addımlayarkən təhlükəli məqam nədir?

 

-  Dünyada həmişə həqiqəti aşkar eləmək çətin olub. İndi də çətindir. Hər yerdə, hər bir ölkədə, məmləkətdə kimsə haqqı deyəndə, müəyyən qrup insanlar var ki, onun haqqı deməsini istəmirlər…

Qədim dövrlər əfsanəsinə görə yunanların allahları Olimp dağında yaşayırmış. Prometey həqiqəti, elmi insanlar gətirmək istəyib. O vaxta qədər bütün allahlar bu həqiqətin insanlara çatdırılmasını istəmirdi. Kim bu həqiqəti insanlara çatdırsaydı, ona cəza veriləcəkdi. Prometey -mən haqqı insanlara göstərməliyəm-dedi və ona ağır cəza verdilər…

 O vaxtdan indiyə kimi bütün mədəniyyətlərdə haqq sözünü çatdıranların başına oyunlar gələr. Amma o insanlar da var ki, onlar – düzdür, bilirəm ki, bu sözü desəm, başıma oyun gələcək, amma deməliyəm”-deyiblər. Azərbaycanın bir şerində də var:

 

Araz axar buz üstə,

Qan tökülər söz üstə,

Qoy məni öldürsünlər,

Dediyim söz üstə...

 

…Mənim də başıma oyunlar gəlib. Bu işə başlayanda 3 il türmədə olmuşam, 5 ay mənə işgəncə verilib, 43 ildir ki, sürgün yaşayıram. Amma 30 ildir Qarabağ barəsində həqiqətləri Fransada, dünyanın digər ölkələrində göstərirəm. Buna görə erməni lobbisi mənə psixoloji, maddi təzyiqlər göstərir. İnternetdə haqqımda çox pis yazır, yaxud sərgi olanda gəlib dağıdırlar, cırırlar.

Biri də var görünməyən, maliyyə təqyiqləri. Məsələn, biləndə ki, hansısa bir muzeydə, qalireyada sərgim olacaq, ondan əvvə həmin yerlərin müdürənə hədə -qorxu gəlirlər ki, bu sərgi baş tutmamalıdır. Ermənilər mənim çox sərgilərimə təzyq edib, olmasına imkan verməyiblər. Əlbəttə ki, təzyiq qarşısında iş davam etmək mənə çətindir.

 

- Reza bəy, deyirsiz ki, indi Qarabağda son 30 ildə baş verənlərlə bağlı həqiqətləri dünyanın diqqətinə çatdırmaq hər zamankindən daha vacibdir. Niyə, belə düşünürsüz?

 

- Çünki indi Azərbaycanın əlində erməni vandallığını, soyqırımlarını, dağıntılarını göstərən bütün sənədlər var. Ermənilər insanların başına nə oyunlar gətiriblərsə, hansı təxribatları törədiblərsə, hamısı Azərbaycanın ovcundadır. Bunu göstərmək Azərbaycanın Tarixi məsuliyyətdir.

Mən tarixi fotolarla yazan adamam. Biz bütün bunların hamısını göstərməliyik. Dünya burda nə olduğunu bilməsə, ona inanmasa davamlı sülh olmayacaq. Bunu ermənilərə, erməni diasporlarına göstərməliyik. Erməni lobbisi həmişə özünü elə göstərib ki, guya türklər onlara qarşı zülmlər törədiblər. Həqiqətləri dünyaya çatdırmalı, inandırmalıyıq. Bir adamın çirkin, yanlışını özünə göstərib səhv olduğunu deməsən, o həmin işini təkrar edə bilər. Ona görə də əlimizdə olan imkanları dünyaya göstərməliyik ki, bu vandallıq yendən başlanmasın.

 

- “İnformasiya müharibəsi”nin yeni mərhələsinin başlandığını bildirmisiz. Bu ərəfədə Azərbaycan   həqiqətlərini dünyaya yaymaq, onu həqiqətə kökləmək üçün hansı zəruri addımlara ehtiyac var?

 

- Dediyim kimi, mən 40 ildir ki, dünyanın ən böyük media qurumlarında, jurnallarında, televiziyalarında çalşmışam və “informasiya müharibəsi”nin necə aparılmasını bilirəm. Təəssüf ki, 2020-ci il Qarabağda baş verən hadisələrdən sonra, eyni vaxtda Avropada, Qərb mətbuatında, erməni diasporu, lobbilərinin yalan informasiyalar düzəldib Azərbaycana qarşı çirkin, qərəzli çıxışlar etdiyini müşahidə etdim. Bu gün də erməni lobbilərinin, diasporalarının Avropanın bəzi maraqlı dövlətlərinin Azərbaycanı haqsız ittiham etmələrini müşahidə edirik. Yəni “İnformasiya müharibəsi” aparırlar.

Düzdür, Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, hərbi müharibədə uddu. Amma informasiya müharibəsində uduzub, yenə də uduzur.

Biz ona, “informasiya müharibəsi” -deyirik. O ifadədə ona görə “müharibə” kəlməsi var ki, onun da əvvəlcədən hazırlanan proqramı, planı, özünün qaydaları var. Bu, eynilə hərbi müharibə qanunlarına bərabərdir. Əgər biz hərbi səfərbərlikdə bütünlüklə milət, dövlət, ordu bir olub, əsgərin, generalın işinin nə olduğunu müəyyən edib, orduya silah-sursatın, ərzağın hardan gətirməyin düzgün xəritəsini müəyyən etdiksə, İnformasiya müharibəsində də bu proqram ciddi şəkildə qurulmalıdır. Azərbaycan seçdiyi liderin rəhbərliyi, vahid idarəçiliklə, düzgün hərbi planla müharibəni qabağa apardı. İllərlə düşmənin nə etdiyi, harada gizləndiyi, hansı işləri gördüyü kəşfiyyat əməliyyatları ilə öyrənildi. Bundan sonra müharibə başladı və uddu. “İnformasiya müharibəsi”ni də eyni planla həyata keçirmək lazımdır.

“İnformasiya müharibəsi”nin silah-sursatı həqiqəti, faktları göstərən sənədlərdir. Amma unutmayaq ki, elə qruplar, adamlar var ki, informasiya müharibəsini yalanı yaymağı yaxşı bacardıqları üçün udublar. Bu gün ermənilər də yalançı, qərəzli sənədlərlə dünya ictimaiyyətini inandırır. Təsəvvür edin, açır şəkildə gördüyümüz işğal edilən torpaqlar Azərbaycanın əraziləri olduğu halda erməniər və maraqlı dairələr hansı oyunlarla 30 işğal prosesini uzatdılar. İnformasiya müharibəsini aparmaq bunlar üçün daha asandır. Amma Azərbaycanın əlində düz, həqiqi hazır sənədlər var. Biz bunu yetərincə dünyaya çatdırmalıyıq. Amma hələ ki, istədiyimiz nəticə alınmır. Çünki onun planı hazırlanmayıb. İnformasiya Müharibəsi də Hərbdə olduğu kimi təkbaşına aparıla bilməz.   

İnformasiya müharibəsinə lazım olan əsas şərt təcrübə və bir də tutarlı sənədlərdir. Mənim bu sahədə təcrübəm var. Birincisi, dediyim kimi 40 ildir dünyanın ən böyük ölklərində, jurnallarında, televiziyarında çalışmışam. Bu savaşın necə aparıldığını öyrənmişəm. Son 3 ildir, Qarabağda sənədlər toplayıram. Qarabağ həqiqətlərini dünyaya göstərmək, məhz onun üzərində işlər aparmaq üçün sənədlər həddən artıq çoxdur. Məndə o qədər sənəd var ki, İnformasiya Müharibəsində bizi gücləndirə bilər. Məlumdur ki, Azərbaycanın Ermənistanın vurduğu zərəri hesablamaq və onu beynəlxalq məhkəməyə vermək üçün vəkillər qrupu işləyir. O məhkəmə dosyesində mənim Qarabağda çəkdiyim filmlər, şəkillər, yazılarım var. Biz vəkilərlə birgə işləmişik. Eyni yanaşma, eyni mövzu “İnformasiya müharibəsi”ndə də olmalıdır. Burda bir şərt var: Azərbaycan əlində Ermənistanı dünyada ifşa edəcək böyük, fərqli sənədlər olduğu halda informasiya müharibəsində uduzduğunu qəbul etməlidir. Bunu qəbul edəndən sonra məsələni hərtərəli araşdırıb, fəaliyyətə başlamalıdır. Amma desələr ki, yox, biz uduzmamışıq sakit dayansalar, ermənilər yenə də bu mövzunu qabağa aparacaqlar. İnformasiya Müharibəsini düzgün aparsaq bu müharibəni də uda bilərik.

Hərbi savaşda insanlar bilirdi, inanırdı ki, əlindən alınan haqqını alacaq, öz torpaqlarına qayıdacaqlar. Haqq Azərbaycanın tərəfindədir. Bütün faktlar, erməni vandallığı, cinayətləri, dağıdılmış şəhərlər, kəndlər, abidələr ortada.  Azərbaycan səfərbər olub Vətən müharibəsində necə Zəfər qazandıqsa, “İnformasiya müharibəsi”ni də Zəfərə gətirə bilər.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları