"Deputatlar əlavə bayram puluna etiraz və rəsmi imtina etməlidirlər"

09:17 03-08-2020 | icon 650 | Siyasət
"Deputatlar əlavə bayram puluna etiraz və rəsmi imtina etməlidirlər"

Fuad Əliyev: "Sizin xəbəriniz var ki, camaat necə yaşayır, necə dolanır?"

 

"190 manat verilməsinə narazılıq edən deputatlar, 550 manatın alınmasına etiraz etmirlər".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev açıqlamasında deyib.


Partiya sədri bildirib ki, bu gün olduğu kimi epidemioloji vəziyyət stabil olsa, sağalanların sayı coxalsa, Operativ Qərargah karantin rejimini yumşalda bilər:


"Mən ümumiyyətlə, karantin rejimin uzadılmasının tərəfdarı olmuşam. Bununla bağlı təkliflərimi də vermişdim. Karantin rejiminin yumuşadılmasından sonra sərt karantin rejimi tətbiq etdilər. Bu da nəticəsini verdi. Yoluxanların sayı azalıb, sağalanların sayı isə çoxalıb. Fərq 400 nəfər edir. Hesab edirəm ki, Operativ Qərargah yumşaldılmaya gedəcək”.


Fuad Əliyev rayonlara gediş-gəliş üçün yolların açılması, çimərliklərin və ticarət obyektlərin açılmasını da vacib hesab edib:


“Payız aylarında qrip növlü xəstəliklər çoxalır. Bunun qarşısı indidən alınmalıdır. Yay fəslinin bitməsinə bir ayı qalıb. Hesab edirəm ki, Operativ Qərargah yoluxanların sayın azalması, bu müsbət tendensiyanı nəzərə alıb rayonlara gedişi təmin etməlidir, çimərliklərə getmək qadağası ləğv olunmalıdır. Bu öz müsbət nəticəsini verəcək. Bu da payız və qışda ehtimal olunan qrip və digər viruslu kütləvi xəstəliklərin qarşısını alacaq. Amma vətəndaşlar da məsuliyyətli olmalıdırlar, sosial məsafəyə riayət etmək, tibbi maskadan istifadə edib və gigiyenik qaydalara əməl etməlidirlər”.

 

Karantin dövründə Qurban bayramının keçirilməsi və vətəndaşların problemlərlə üzləşdiyini deyən Fuad Əliyev bildirib ki, Qurban bayramını keçirmək üçün normal şəraitin yaradılması əvəzinə əksinə etdilər, daha da çətinləşdirdilər:

 

"Vətəndaşlar qurbanlıq kəsmək üçün yer tapmadılar. Hətta rəsmi olan ət dükanlarında belə qoyun kəsmək icazə verilmədi. Bəzi qəssablar gizlin yerlərdə bu prosesi həyata keçirməyə məcbur oldular. Saatlarla növbədə duranlar oldu. Narazılıq yarandı, mübahisələr oldu. Niyə biz bu müqəddəs bayramı problemlə qeyd etməliyik?
İmkanı olanlar, qurban kəsib payı imkansızlara verməlidirlər. Yəqin ki, deputatları “imkansızlara” aid etmək olmaz. Amma onlar Qurban bayramına görə nə az nə çox düz 550 manat alıblar. 190 manat verilməsinə narazılıq edən deputatlar, 550 manatın alınmasına etiraz etmirlər. Özünü “müxalifətçi” kimi cəmiyyətə sırıyan, özünün dediyi kimi parlamentə “gedib düsdüm də”, “mən siyasətçi deyiləm, orda ekspert kimi iştrak edirəm”, deyən, buna etiraz etmir. Yenə də deyəcək ki, “mən etiraz etsəm, kimsə xoşbəxt olacaq”.

 

Fuad bəyin fikrincə, deputatlar bu əlavə bayram pullarına görə etiraz və rəsmi imtina etməlidirlər:
 
 
"Digər deputatlara müraciət etməlisiz ki, bu bayram pullarından imtina etsinlər. Sizin xəbəriniz var ki, camaat necə yaşayır, necə dolanır? Əlbəttə ki, yoxdur".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı