"Bu, Ermənistan siyasətini uğursuzluğa gətirib çıxaracaq"

14:51 03-08-2020 | icon 467 | Geopolitika
"Bu, Ermənistan siyasətini uğursuzluğa gətirib çıxaracaq"

İlqar Vəlizadə: "Azərbaycanlılara qarşı bu sərt, kobud münasibət heç bir effekt vermir"

 

 

Son olaylar onu göstərir ki, diaspora, diasporanın müxtəlif nümayəndələri müxtəlif dövlətlərdə qeyri-qanunsuz addımlar ataraq azərbaycanlılara qarşı  zorakılıq işlədərək həmin ölkələrin qanunlarını pozmuş olublar.  

 

Versus.az Milli.Az-a istinadla bildirir ki, bunu açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə Nikol Paşinyanın Ermənistanın diasporla iş üzrə komissarının ofisində təmizləmə əməliyyatı aparması, rəhbər vəzifəli şəxslər də daxil olmaqla 13 nəfəri işdən kənarlaşdırması olayını şərh edərkən deyib.

 

 

O bildirib ki, azərbaycanlılara qarşı ermənilərin Los Anceles, Brüssel və digər şəhərlərdə bütün zorakılıqları, şiddəti əks reaksiyaya gətirib çıxarıb:

 

"Azərbaycanın həmin ölkələrdəki diaspora nümayəndələrinin təşəbbüsü ilə onlara qarşı cinayət işləri qaldırılıb. Cinayət işi hal-hazırda davam edir, bu da erməni diaspora nümayəndələrinin fəaliyyətində daha ciddi problemlərinin aşkar olunmasına gətirib çıxaracaq. Bu cinayət işləri erməni diasporasının işinə, əlbəttə ki, kölgə salır. Həmin ölkələrin ictimaiyyəti tərəfindən də ermənilərin bu zorakılıq faktları müsbət qarşılanmır. Bütün hallarda azərbaycanlılara qarşı bütün bu zorakılıq, şiddət, əslində, əks reaksiyaya gətirib çıxarıb. Azərbaycan diasporası daha mütəşəkkil qaydada fəaliyyətini davam etdirir, erməni diasporasına müxtəlif ölkələrdə daha kəsərli cavablar verir. Bütün hallarda azərbaycanlıların nüfuzunu daha çox qaldırır. Demək lazımdır ki, eyni zamanda burada Türkiyə diasporası bizə köməklik göstərir. Bu, bizim diaspora işimizin təkmilləşdirilməsinə təkan yaradır. Əslində, ermənilər üçün xoş bir hadisə deyil. Çünki onlar görürlər ki, artıq bu istiqamətdə də... Həmişə deyirdilər ki, "Diaspora sahəsində biz güclüyük. Bizim təsir imkanlarımız çoxdur". Amma diaspora sahəsində də görünür ki, bunların gücü bir o qədər də təsirli deyil, bu, sadəcə olaraq, piardır. Son hadisələrdə bu daha çox görünür". 

 

 

Politoloq qeyd edib ki, Ermənistanın Amerikadakı diasporasının siyasəti məğlubiyyətə uğrayıb:

 

"Azərbaycanlılara qarşı daha çox şiddət, daha çox nifrət ermənlərin Amerikadakı diasporası tərəfindən olub. Bu ərəfədə Amerikada Konqres ermənilərə qarşı Azərbaycanın leyhinə bir sənəd müzakirəyə çıxarıb. Orada açıq-aşkar görünür ki, məcburi köçkünlərin problemi ilə bağlı olaylarda Amerika MDB-nin digər ölkələri ilə yanaşı Azərbaycanın da mövqeyini dəstəkləyir. Bu, Ermənistan ictimaiyyətində də narazılıqla qarşılanır. Diaspora, əslində, Azərbaycanın leyhinə olan bu qanuna qarşı hansısa addımlar atmalı idi, heç nə edə bilmədi, aciz qaldı. Sinayan (Ermənistanın Diaspor İşləri Komitəsinin rəhbəri) Amerika diasporasının nümayəndəsidir. O, Los Ancelesin yanında xırda bir şəhər var, uzun illər onun meri olub. O da məsuliyyət daşıyır. Ermənistanın Amerikadakı diasporasının siyasəti məğlubiyyətə uğrayıb. Bu, ən sərt mövqedə dayanan erməni diasporasıdır. Onların bu yanaşması təcrübə göstərir ki, səhv, uğursuz, heç bir nəticə verməyən yanaşmadır. 

Hər şey göz önündə.

 

 

Paşinyan diasporadan kimisə çıxartmaq istəyir, bəzi kosmetik dəyişikliklər etmək istəyir. Amma mən düşünürəm ki, yanaşma dəyişilməlidir. Azərbaycanlılara qarşı bu sərt, kobud münasibət heç bir effekt vermir. Azərbaycanın yerli nümayəndələri, diaspora nümayəndələri Los Ancelesdə az olduqlarına baxmayaraq daha mütəşəkkil addımlar atdılar. Yerli ölkələrin qanunlarından istifadə edərək erməni diasporasına qarşı daha təsirli addımlar atıblar. Burada daha konsrtruktiv yanaşma tərzini ortalığa qoymaq lazımdır ki, vəziyyət dəyişilsin. Belə vəziyyətlə, belə münasibətlə, belə sərt davranışla, eyni zamanda Dağlıq Qarabağ danışıqları prizmasında ermənilərin bu dəsti-xəttinin qalması Ermənistan siyasətini uğursuzluğa gətirib çıxaracaq, onsuz da gətirib çıxarıb. Nəticədə ermənilərin ən güclü sahəsi sayılan diaspora sahəsində də belə vəziyyət ortaya çıxır. Düşünmək lazımdır, Paşinyan növbəti dəfə yenə də ciddi dəyişiklik etmir, sadəcə kosmetik dəyişikliklə nəyəsə nail olmaq niyyətindədir".

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Kuzey Kıbrıs Türk Cümhuriyətinin tanınması siyasi məsələdir - MÜSAHİBƏ

Müəllim şagirdi döyərək öldürdü

QAFAR İSKƏNDƏROV YAZIR: Prezidentin fərman və çıxışlarını bu kimi hakimlər saymırlar

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

Prezidentin və I Vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir

Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarlanıb

Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

Yağış yağacaq, dolu düşəcək

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə ÇAĞIRILIR

XİN şəhid hərbçimizlə bağlı məlumat YAYDI

"Emmi" mükafatının QALİBLƏRİ

“Qarabağın işğaldan azad edilməsi üçün son nəfəsimizə qədər döyüşməyə hazırıq” - BƏYANAT

Qəbul imtahanlarında 640 bal toplayan SƏRİYYƏ ƏLİYEVA

Ordumuz şəhid verib