ADB Azərbaycana yardım göstərəcək

15:26 03-08-2020 | icon 569 | İqtisadiyyat
ADB Azərbaycana yardım göstərəcək

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının  (Central Asia Regional Economic Cooperation- CAREC) Enerji Strategiyası 2030 çərçivəsində Regional elektrik enerjisinin, qaz əlaqəsinin və ticarətin  genişlənməsinin dəstəklənməsi ilə bağlı texniki dəstək layihəsi həyata keçirəcək.

 

Versus.az “Report” -a istinadən xəbər verir ki,  layihənin büdcəsi 2,50 milyon ABŞ dollarıdır. Layihə Azərbaycan, Əfqanıstan,Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monoqlustan, Pakistan, Türkmənistan, Tacikistan, Özbəkistanda icra ediləcək. Layihə iyulun 15-də təsdiq edilib, 2022-ci il 30 iyunda başa çatacaq.

 

Texniki dəstək proqramı Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının  (Central Asia Regional Economic Cooperation- CAREC) Enerji Strategiyası 2030-un reallaşdırılmasını dəstəkləyəcək.

 

Layihə regional enerji bağlantısını, geniş miqyaslı investisiyaları, CAREC ölkələrin energetika sahəsində daha yüksək davamlılığını və inklüzivliliyi dəstəkləyəcək. Bu məqsədlərə nail olmaq üçün Regional Transmissiya Əməkaşdlığı Assosiyasının yaradılması üçün hazırlıq işləri görəcək, bazar islahatlarını həyata keçirmək və investorları cəlb etmək üçün hökumətlərin potensialını daha da gücləndirəcək, yaşıl enerji üçün maliyyələşdirmə vasitəsi yaradacaq, qadınların enerji sektorunda iştirakını artırmaq üçün enerji proqramı yaradacaq, enerji səmərəliliyi üçün istehlakçı savadlılığını artıracaq.

 

Bu fəaliyyətlərin regional enerji təhlükəsizliyini və əməkdaşlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırması gözlənir. Layihə regional əməkdaşlıq və inteqrasiya 2019-2024-cü illər üçün Əməliyyat Planına tam uyğundur. Bu, ölkələr arasında davamlı əməkdaşlığın ticarətin, investisiya qoyuluşunu dəstəkləyir.

 Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin