Oqtay Əsədov hardadı?

16:28 03-08-2020 | icon 531 | Sosial
Oqtay Əsədov hardadı?
 
 

...Biz də yetim qalmazdıq?

TURAL İRFAN

 

 

Ha deyirəm yazmayım, vallah susduqca günaha batacağımdan qorxuram. Haqsızlığa susan dilsiz şeytandır, bilirsiniz...

 
 
Sadəcə sual edirəm Abşeronun deputatı cənab Oqtay Əsədov hanı? Deputat olduğu uzun illərdir nə rayonda görən olub, nə bir adamın işinə yarayıb...
 
 
İllər öncə bir ərizə yazmışdım, aparıb Milli Məclisin qutusuna salmışdım şahidlə. Hələ də cavab gəlməyib. Deməli, bu deputat məni nəinki seçicisi, heç adam da saymayıb, Azərbaycan vətəndaşı da hesab etməyib. Əgər halından nasazdırsa, heç olmasa köməkçisi də yoxdurmu? Bu boyda rayon camaatına bundan artıq təhqir, hörmətsizlik, saymamazlıq olarmı?
 
 
Dövlət başçısının çıxışlarına qulaq asmırmı bu adamlar? Allahdan qorxmadıqlarını bildik. Heç olmasa kasıbın, məzlumun, miskinin göylərə dirənən ahından da qorxmurlarmı? Bu rayonla bağlı problemlərimizi kimə deyək indi...
 
 
Belə də zülüm olarmı? Mən bunu rayon əhalisinə təhqir, dövlətin işində hərəkətsizlik, vəzifəsinin öhdəsindən gələ bilməmək və ya qəsdən gəlməmək, ümumi xalqa qarşı da hörmətsizlik sayıram.
 
 
Heç olmasa bircə kəlmə, bircə dəfə quru ümidlə çıxış etmək də olmazdımı rayon camaatına xitabən?
 
 
Başqa deputatlar rayonları gəzir, şəhidlərin məzarlarını, ailələrini ziyarət edir, yardım edir. Pandemiya ərəfəsində əllərindən gələni əsirgəmir. Sosial şəbəkədə, mətbuatda öz rayonlarının əhalisi ilə təmas qurur və sair...
 
Bəs Abşeronun günahı nədir axı...

 

Bu rayona da bir deputat seçmək olmazdımı? Biz də yetim qalmazdıq!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi