Xüsusi karantin rejimi elan edilən rayonlarda reydlər keçirilib - FOTO

09:44 04-08-2020 | icon 555 | Hadisə
Xüsusi karantin rejimi elan edilən rayonlarda reydlər keçirilib - FOTO

Polis xüsusi karantin rejimi elan edilən rayonlarda reydlər keçirib.

 

Versus.Az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

 

Bildirilib ki, xüsusi karantin rejiminin qüvvədə olduğu Göygöl və Goranboy rayonlarında polis əməkdaşları tərəfindən koronavirusun kütləvi yayılmasının qarşısının alınması məqsədilə qapalı məkanlarda, o cümlədən, iri supermarketlərdə gücləndirilmiş kütləvi nəzarət-profilaktik tədbirləri davam etdirilir.

 

Supermərketlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.

 

Vətəndaşlarla aparılan söhbətlər zamanı koronavirus infeksiyasının fəsadları diqqətə çatdırılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyi bildirilib.

 

Polis əməkdaşları tərəfindən həmin şəxslərə mövcud sanitar-gigiyenik qayda və tələblərə riayət etmələrinin vacibliyi izah olunub.

 

Edilən xəbərdarlıqlara baxmayaraq, qaydaları pozmaqda davam edən şəxslər barəsində protokol tərtib edilib, onlar cərimələniblər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı