Damlar uçdu, xətlər sıradan çıxdı - VİDEO

10:12 04-08-2020 | icon 701 | Sosial
Damlar uçdu, xətlər sıradan çıxdı - VİDEO

Güclü külək Zaqatala rayonunun Muğanlı kəndində 40-a yaxın təsərrüfata və kommunikasiya xətlərinə ziyan vurub.

 

Baku TV xəbər verir ki, irigövdəli ağacların elektrik xətlərinin üzərinə aşması nəticəsində 4 və 10 kilovoltluq xətlər qırılıb, bəzi tövlələrin və həyətlərdəki əlavə tikililərin dam örtükləri uçub.

 

Kənd icra nümayəndəliyindən bildirilib ki, artıq 10 kv-luq xətt tamamilə bərpa olunub. Hazırda 4 kv-luq xətlərin bərpası istiqamətində işlər aparılır. Kənd sakinlərinin sözlərinə görə, yağışla bərabər əsən güclü külək bir anda dam örtüklərini uçurub, elektrik dirəklərini və ağacları aşırıb.

 

Qeyd edək ki, şimal-qərb bölgəsində bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti Qax və Zaqatala rayonlarından axan çaylarda sululuğu artırıb. Bəzi dağ çaylarından isə sel keçib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür