Deputatın təşəbbüsü ilə 2000-dən çox maska Tovuza göndərildi
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə koronavirus pandemiyasından qorunmaq məqsədilə Tovuz rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, fiziki imkanları məhdud şəxslər, rayon gəncləri, tənha şəxslər və aztəminatlı ailələr üçün 2000-dən çox maska göndərilib.
Versus.Az xəbər verir ki, maskalar millət vəkili Qənirə Paşayevanın xahişi və çağırışına əsasən “Bakı Tesktil Fabriki” tərəfindən ön cəbhə rayonlarımızdan biri olan Tovuz rayonuna hədiyyə edilib.
Millət vəkili Qənirə Paşayeva seçicilərini və hər bir vətəndaşımızı koronavirus pandemiyasından qorunmaq üçün maska taxmaqla bağlı qaydalara əməl etməyə, getdiyi yerlərdə sosial məsafəni gözləməyə, tibbi-gigiyenik qaydalara yüksək səviyyədə diqqət etməyə çağırıb.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"