Qəzalı binanın sakinləri Allahın ümidinə qalıb - VİDEO

07:18 05-08-2020 | icon 1608 | Sosial
Qəzalı binanın sakinləri Allahın ümidinə qalıb - VİDEO

Çürümüş döşəmələr, uçmaqda olan tavan, çat verən divarlar, nəmişlikdən dolayı otaqlardan gələn pis qoxu və daha nələr-nələr...

 

Suraxanı rayon 5-ci mədən, Xanlar Ələkbərov küçəsi ev 43 ünvanındakı sakinlər, məhz bu problemlərdən şikayətçidirlər.

 

Ətrafda olan binaların qəzalı olmasına görə sakinlər köçürülsə də, bu ünvanla bağlı dəyişən heç nə yoxdu.

 

Problemlə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən Baku TV-yə həmin ünvandakı evlərin qəzalı vəziyyətdə olmasından xəbərdar olduqlarını bildirdilər.  

 

Amma, ərazi üzrə maliyyə vəsaiti ayrılmadığından hələ ki vətəndaşların köçürülməsi mümkünsüzdür:

 

“Dəfələrlə o binada İcra Hakimiyyətinin başçısı da, aidiyyəti şöbə də məşğul olub. Hələ ki ora barədə heç bir qərar yoxdur. Vəsait ayrılmayıb. Ayrılan kimi sakinlər köçürüləcəklər”, - Suraxanı İH-nin şöbə müdiri Mehman Hüseynov.

 

Şöbə müdiri həmçinin, binanın acınacaqlı olması barədə tərəflərindən rəsmi qurumlara yenidən müraciət ediləcəyini qeyd edib. /Baku TV/

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Kuzey Kıbrıs Türk Cümhuriyətinin tanınması siyasi məsələdir - MÜSAHİBƏ

QAFAR İSKƏNDƏROV YAZIR: Prezidentin fərman və çıxışlarını bu kimi hakimlər saymırlar

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

Prezidentin və I Vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir

Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarlanıb

Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

Yağış yağacaq, dolu düşəcək

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə ÇAĞIRILIR

XİN şəhid hərbçimizlə bağlı məlumat YAYDI

"Emmi" mükafatının QALİBLƏRİ

Qəbul imtahanlarında 640 bal toplayan SƏRİYYƏ ƏLİYEVA

“Qarabağın işğaldan azad edilməsi üçün son nəfəsimizə qədər döyüşməyə hazırıq” - BƏYANAT

Ordumuz şəhid verib

ABŞ Dövlət katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ