"Heydər Əliyevi üç epizod üzrə yaxından görmüşəm"

16:30 14-06-2023 | icon 1093 | Siyasət
"Heydər Əliyevi üç epizod üzrə yaxından görmüşəm"

Razi Nurullayev: ""Yaxşı gəlib stabillik yaratdın, daha ver hakimiyyəti bizə, çıx get" düşüncəsində idilər"

 

“Heydər Əliyev xöşbəxt Azərbaycan qurmaq üçün çalışdı. Amma, əks mövqedə, dayanan şəxslər ona kömək etmək əvəzinə qarşı çıxmaq yolunu tutdu. Hərçənd ki, Heydər Əliyevi özləri dəvət etmişdi ki, gəl Azərbaycanı xilas elə, öz təyin etdiklərimizin qəzəbindən qoru. O zaman fərqli düşərgədə dayanan şəxslərin düşüncəsi bu idi ki, "yaxşı gəldin, təmizlədin, stabillik yaratdın, daha ver hakimiyyəti bizə, çıx get"”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bir müxalifət partiyasının sədri olaraq ümummili liderin 100 illiyi və Milli Qurtuluş günü ilə bağlı açıqlamasında bildirib.

 

Deputat Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi üç epizod üzrə yaxından görə bildiyini dedi:

 

"Birinci dəfə 1992-ci ildə Cəfər Cabbarlının heykəlinin yanında ətrafına adamlar yığılmışdı və hər kəs çalışırdı ki, ona toxunsun, o isə gülümsəyirdi. Heydər Əliyev hər kəs üçün möcüzəvi bir şəxsiyyət idi.

İkinci dəfə isə onun çağırışı ilə xalq o zamankı Prezident Aparatının qarşısına toplandı və dövlətçiliyi qorudu. Mən də orada vardım.

Üçüncü dəfə isə azadlıq meydanında Surət Hüseynovun çevriliş cəhdlərindən danışanda, onun çıxışını Assosiated press agentliyi üçün tərcümə edirdim”.

 

R.Nurullayevin sözlərinə görə, iqtidardan müxalifətə çevrilənlər Heydər Əliyevlə əməkdaşlıq etməli, onu yıxmaq, hakimiyyətdən salmaq üçün gecə-gündüz ayağının altını qazmalı deyildi:

 

“İmkan vermədilər ki, Heydər Əliyev gücünü tam olaraq xalqın rifahına yönəltsin. Məcbur oldu ki, ölkəni yenidən xaosa çevrimək istəynləri də neytrallaşdırmağa güc sərf etsin. O zaman kreslo davası etməsəydilər, Əli Kərimli deputat yerləri üçün iqtidarın içində ayrı-ayrı adamlarla sövdələşməyə gedib saxtakarlıq etməsəydi, 4-5 deputat kreslosu, özünün ambisiyaları üçün Əbülfəz Elçibəyə xəyanət etməsəydi, əminəm ki, müxalifət də indikindən 10 qat güclü olardı. 30 ildə onlar nəyə nail olublar ki, danışmaqdan, tənqid etməkdən, söyməkdən və aşağılamqdan başqa? Barışmazlıq çıxış yolu deyil. Hərəkatçılar mənə deyir ki, "Siz deputatlara deyin ki, "AXCP-Müsavat cütlüyü" -deyib, nifaq yaratmasınlar, siz cənab Prezident İlham Əliyevə çatdırın ki, AXCP-Müsavat cütlüyü haqqında sərt ifadələr işlətməsin". Deyirəm ki, siz niyə öz gözünüzdə o tiri görmürsünüz? Siz gündə 24 saat, həftədə yeddi, ayda 30, ildə 365 gün iqtidar nümayəndələrini, Prezident İlham Əliyevi ən sərt sözlərlə tənqid və təhqir edirsiniz və yaxud etdirirsiniz. Onlar da daş deyil, prezidentin də ürəyi var, hissləri var. Onun da haqqıdır ki, heç olmasa bir dəfə də olsa sizin etdiyiniz pislikləri sizə xatırlatsın. Düşünürəm ki, əgər İlham Əliyev bu qədər humanist və mədəni olmasaydı nə olardı? Düşünürəm ki, Allah eləməsin, sizlərin əlinizə bir rıçaq keçə nə edərsiniz? Daşı-daş, başı-baş üstə qoymazsınız. Ona görə də o kürsünü və səlahiyəyyəti heç zaman nə xalq sizə verər, nə də uca yaradan”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol