"Əsgərlərin virusa yoluxması dövlət sirri kimi qorunur"

09:04 05-08-2020 | icon 517 | Geopolitika
"Əsgərlərin virusa yoluxması dövlət sirri kimi qorunur"

 

Fuad Əliyev: "Görünür, rəsmilər ordudakı yoluxmanı bundan artıq gizlədə bilmirlər"

 

"Ermənistan hakimiyyəti orduda əsgərlərin müxtəlif xəstəliklərə yoluxması faktlarını həmişə ictimaiyyətdən gizli saxlayıb. Lakin erməni mediası zaman-zaman bu faktları ictimailəşdirib".

 

Versus.Az xəbər verir ki, bunu Ermənistan ordusunda koronavirusun yayılmasının hökumət tərəfindən gizlədilməsi ilə bağlı açıqlamasnda Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Partiya sədri vurğulayıb ki, Ermənistanın yerli mediasının yazdığına görə, bir müddət öncə Azərbaycanın işğal edilmiş Qızqala (Qetavan) yaşayış məntəqəsində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində və bütövlükdə yaşayış məntəqəsində koronavirusa kütləvi yoluxma faktı qeydə alınıb. Kütləvi yoluxma halı ilə əlaqədar yaşayış məntəqəsinin giriş-çıxışı bağlanıb. Yaşayış məntəqəsinin karantinə alınmasına əsas səbəb ailə üzvləri ilə birlikdə koronavirusa yoluxmuş sahə həkimi Hovik adlı şəxsin kənd camaatını da infeksiyaya yoluxdurmasıdır:

 

"Erməni mediası yazır ki, həkim bu faktı gizlətdiyi üçün yanına gəlib-gedən xəstələrin - kənd camaatının da infeksiyaya yoluxmasına səbəb olub. Eyni zamanda, müəyyənləşdirilib ki, kənd həkimi Hoviklə ünsiyyətdə olan Qızqala hospitalının tibb bacısı Marina Qriqoryan da koronavirusa yoluxub. O da deyilib ki, işğal edilmiş Madagiz yaşayış məntəqəmizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyanın D-20 artilleriya divizionunda xidmət edən bütün şəxsi heyət koronavirus testindən keçirilib. Hələlik 10 hərbçinin testi müsbət çıxıb. Onlar karantinə alınsalar da vəziyyətləri tibb işçiləri tərəfindən orta ağır qiymətləndirilir. Qidaların keyfiyyətsizliyi, əsgərlərin immunitetinin zəif və tibbi təminatın yarıtmaz olması səbəbindən virusa yoluxan hərbçilərin vəziyyətinin orta ağır olaraq qalacağı və müalicələrinin uzun müddət davam ediləcəyi bildirilir. Yoluxanlar arasında zabit və müqaviləli hərbçilər də var".



ALDP sədrinin fikrincə, görünür, rəsmilər ordudakı yoluxmanı bundan artıq gizlədə bilmirlər. Çünki əsgərlərin virusa yoluxması məsələsi dövlət sirri kimi qorunur. Ancaq rəsmi Yerevan bunu həm ölkə ictimaiyyətindən, həm də dünyadan gizli saxlayır:

 

"Nə vaxta qədər Ermənistan orduda əsgər ölümlərinin gizli saxlayacaq. Koronavirusdan Ermənistanda gündə on nəfər ölür, yüzlərlə yoluxan var. Bir ölkənin ki, hakimiyyət rəsmiləri, nazir və komitə sədrləri arasında virusa yoluxma halları qeydə alına, acınacaqlı vəziyyətdə, yemək və hətta içməyə su tapmayan orduda vəziyyəti təsəvvür etmək çətindir. Ermənistan rəsmiləri də dəfələrlə etiraf ediblər ki, koronavirusla mübarizədə məğlubdurlar".
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI