Saakaşvili qayıdır...

10:16 05-08-2020 | icon 618 | Geopolitika
Saakaşvili qayıdır...

Onları da "yaş yuyub, quru sərib"

 

 

 

BƏYBALA MİRZƏYEV

 

Söhbət sadəcə Gürcüstana qayıtmaqdan yox, həm də iqtidara qayıtmaqdan gedir.

 

Qonşu Gürcüstanın prezidenti bu ilin oktyabr ayında keçiriləcək parlament seçkilərində qələbə qazanmaq və baş nazir olmaq iddiasını açıq şəkildə ortaya qoydu. Belə ki, Mixail Saakaşvili "Mtavari TV"-yə verdiyi müsahibədə partiyasının "Milli Hərəkat" seçki kampaniyasına rəhbərlik edəcəyini və qarşıdakı seçkilərdə mütləq qələbə qazanacağını bəyan edib.

 

Saakaşvilinin bu açıqlaması Gürcüstan cəmiyyətində və siyasi kuluarlarında qızğın müzakirələrə səbəb olub. Çünki indiki məqamda heç kim Saakaşvilidən bu qədər konkret qərar və qəti mövqe gözləmirdi.

 

Keçmiş prezident eyni zamanda müsahibəsində rəhbərlik etdiyi Vahid Milli Hərəkat Partiyasının da daxil olduğu müxalifətin "Güc birlikdədir" koalisiyasının sıralarını bugünlərdə tərk edib İvanişvilinin tərəfinə keçənləri də yaddan çıxarmayıb, onları da "yaş yuyub, quru sərib".

 

Saakaşvili Georgi Vaşadzenin də daxil olduğu həmin şəxsləri kuklaya bənzədib:

“Kim İvanişvilinin kuklası olmaq istəyir? İvanişvilinin oyununu oynamaq bir gəncin xəyalıdırsa - onu oynaya bilməyəcək. Nə o, nə də başqa birisi. Çünki mən bu kampaniyada iştirak etdiyim üçün İvanişvilini gürcü xalqı ilə birlikdə məğlub etmək niyyətindəyəm. "Milli Hərəkat" elə bir qüvvədir ki, İvanişvili üzərində qələbə çalacaq. Mən buna şübhə etmirəm. "Milli Hərəkat" yenidən Gürcüstanı canlandırmağa başlayacaq qüvvədir".

 

Bu fikirlərdə eyni dərəcədə idealist və praqmatikliyi ilə fərqlənən əsl Saakaşvili qətiyyəti hiss olunur. Onun bu seçkilərdə qalib gəlmək şansı həqiqətən də çox yüksəkdir. Və bu məsələdə bizim Gürcüstandakı soydaşlarımızın da sözü, səsi həlledici rol oynayacaq. Gürcüstan azərbaycanlıları yəqin ki, hamısı bir nəfər kimi Saakaşvilinin partiyasına səs verəcəklər.

 

Mixail Saakaşvilinin Gürcüstanın Baş nazir seçilmək niyyətini açıq şəkildə ortaya qoyması bölgədə və dünyada dəngələrin dəyişməsinə əlavə təkan verəcək. Bu gün Belarus uğrunda açıq və gizli formalarda (amma amansızcasına) mübarizə aparan Qərb və Rusiya sentyabr-oktyabr aylarında isə Gürcüstan uğrunda var gücüylə savaşacaq. İndi böyük güclər az-çox geopolitik əhəmiyyət kəsb edən hər bir ölkə uğrunda tək-tək savaş aparırlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”