Hannover şəhərində Azərbaycan ordusuna dəstək mitinqi keçirilib

11:55 05-08-2020 | icon 235 | Siyasət
Hannover şəhərində Azərbaycan ordusuna dəstək mitinqi keçirilib

Almaniyanın Hannover şəhərində Ermənistanın son hərbi təxribatlarına etiraz və düşmənin xain hücumunun qarşısını böyük şücaətlə alan Azərbaycan silahlı qüvvələrinə dəstək məqsədilə mitinq keçirilib.

 

Versus.Az xəbər verir ki, bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

“Bakı” Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkil etdiyi aksiyada soydaşlarımızla yanaşı, türk və digər icmaların üzvləri də iştirak ediblər.

 

Azərbaycan, Türkiyə və Almaniyanın dövlət bayraqlarının, Aprel və Tovuz döyüşlərində həlak olan şəhidlərimizin şəkillərinin və müxtəlif şüarların nümayiş etdirildiyi mitinqdə çıxış edənlər Ermənistanın işğalçı və təcavüzkar siyasətini, ermənilərin Los-Anceles, Brüssel, Londonda etiraz aksiyaları keçirən azərbaycanlılara milli nifrət zəminində hücum etmələrini kəskin şəkildə pisləyiblər.

 

Natiqlər Qarabağın Azərbaycan torpaqları olduğunu bir daha bəyan edərək, Almaniya hökumətindən və dünya birliyindən Xocalı kimi dəhşətli soyqırımı törədən Ermənistanın ciddi şəkildə cəzalandırılması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün qətiyyətli addımlar atılmasını tələb ediblər.

 

Mitinq ərzində qəhrəman şəhidlərimizin adları bir-bir çəkilib, “Vur, keç səngəri, Azərbaycan əsgəri!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Erməni terroruna son!”, “Erməni təcavüzünə son!”, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, bizim olacaq” və sair şüarlar səsləndirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

Prezidentin və I Vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir

Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarlanıb

Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

Yağış yağacaq, dolu düşəcək

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə ÇAĞIRILIR

XİN şəhid hərbçimizlə bağlı məlumat YAYDI

Qəbul imtahanlarında 640 bal toplayan SƏRİYYƏ ƏLİYEVA

“Qarabağın işğaldan azad edilməsi üçün son nəfəsimizə qədər döyüşməyə hazırıq” - BƏYANAT

Ordumuz şəhid verib

ABŞ Dövlət katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Prezidentdən mühüm FƏRMAN

“Azərbaycan Bayrağı” ordenli şəhid Cəbrayıl Cəbrayılovun şəhadət günüdür

Namiq Abdullayev millimizin baş məşqçisi təyin olundu