Deputat aztəminatlı ailələrə dəstək proqramlarının artırılmasını istədi

23:01 05-08-2020 | icon 180 | Siyasət
Deputat aztəminatlı ailələrə dəstək proqramlarının artırılmasını istədi

Qənirə Paşayeva: "İyul-avqust ayı üçün də 190 manatın verilməsi çox vacibdir"

 

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin növbədənkənar plenar iclasında “Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanun layihəsinin müzakirəsində çıxış edib və qanun layihəsini dəstəklədiyini bildirib.

 

Versus.Az xəbər verir ki, Qənirə Paşayeva eyni zamanda bir sıra vacib məsələlərə də toxunub:

 

“Tovuz rayonu istiqamətində iyul ayında işğalçı Ermənistanın hücumları, təxribatları və dövlətimizin verdiyi layiqli cavab barədə fikirlərimi söyləmək istəyirəm. Sözlərimə Ali Baş Komandanımıza təşəkkürlə başlamaq istəyirəm. Çünki Ali Baş Komandanımızın rəhbərliyi altında işğalçı Ermənistan öz layiqli cavabını aldı. Eyni zamanda birinci vitse prezidentimiz Mehriban xanıma da təşəkkür etmək istəyirəm. Çünki bu günlər ərzində rayondakı insanlarımızın vəziyyəti daima diqqət altında saxlanıldı və təbii ki, bu da çox yüksək qiymətləndirilməlidir.

 

Hörmətli Sahibə xanım başda olmaqla parlamentimizə də təşəkkür edirəm. Çünki siz də daima vəziyyətlə maraqlanırdınız. Millət vəkili həmkarlarımız gəlib Tovuzda oldular. Bu da insanlarımız arasında yüksək qiymətləndirildi. Ölkəmizdə və ölkə hüdudlarından kənarda yaşayan bütün azərbaycanlılara təşəkkür edirəm ki, bu çətin məqamlarda daima dövlətimizin yanında oldular, Ali Baş Komandanımızın ətrafında birləşdilər. Qəhrəman şəhidlərimizin, onların ailələrinin qarşısında baş əyirik. Yaralı hərbiçilərimizə, əsgərlərimizə Allahdan şəfa diləyirik və inanırıq ki, müalicələrini yüksək səviyyədə başa çatdırıb ailələrinin yanına qayıdacaqlar.

 

Cənab Prezidentimiz Tovuz rayonu istiqamətində işğalçı Ermənistanın mülki əhaliyə, onların evlərinə, əmlaklarına vurduqları zərərlərin aradan qaldırılması istiqamətində sərəncam imzaladı. Həmin istiqamətdə işlər sürətlə davam etdirilir ki, bu da ön cəbhədə insanlarımız arasında yüksək dəyərləndirilir.

Ön cəbhə kəndlərində yaşayan insanlarımızın da qarşısında baş əyirik. Ən çətin zamanlarda belə onlar öz evlərini tərk etmədilər, Ali Baş Komandanımıza, ordumuza inanırıq deyərək düşmənə layiqli cavab verdilər.”

 

Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunda əhalinin su probleminin aradan qaldırılması istiqamətində Zəyəmçay su anbarının tikilməsinə dair sərəncamla bağlı cənab Prezidentə təşəkkürünü bildirib.

 

Millət vəkili deyib ki, cənab Prezidentin sərəncamı ilə yeni tikiləcək su anbarları arasında Zəyəmçay su anbarı da var ki, bu layihə Tovuz, Şəmkir rayonlarında kənd təsərrüfatı ilə məşğul olan insanlarımız üçün çox önəmlidir. Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva müzakirə olunan layihə ilə bağlı təkliflərini də səsləndirib:

 

“Sözügedən layihədə bəzi qruplara diqqət etmək lazımdır. Mən də kənd rayonunu təmsil edən millət vəkili olaraq deyə bilərəm ki, pay torpağı olan insanların məşğul sayılması yanaşmasına təkrar baxmalıyıq. Əgər bir insanın 10 sot torpaq sahəsi varsa onun 1 hektar torpaq sahəsinə malik insanla eyni statusda məşğul sayılması məsələsi doğru yanaşma deyil. Mən düşünürəm ki, az pay torpağına sahib insanlarımıza qarşı yanaşmanın dəyişməsinə ehtiyac var ki, onlar digər proqramlardan yararlana bilsinlər.

 

İkinci bir kateqoriya həyat yoldaşını itirmiş, dağılmış ailələrdəki xanımlarımızdır. Bu gün ən ciddi problemlərimizdən biri həmin qadınların alimentlə bağlı üzləşdiyi problemlərdir. Özünüməşğulluq proqramlarında həmin qadınların məsələsinə daha da çox diqqət yetirmək lazımdır.

 

Son olaraq seçicilərin adından demək istəyirəm ki, iyul-avqust ayı üçün də 190 manatın verilməsi çox vacibdir.”

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Kuzey Kıbrıs Türk Cümhuriyətinin tanınması siyasi məsələdir - MÜSAHİBƏ

Müəllim şagirdi döyərək öldürdü

Aysberq hər kəsin gözü qarşısında çevrildi - VİDEO

QAFAR İSKƏNDƏROV YAZIR: Prezidentin fərman və çıxışlarını bu kimi hakimlər saymırlar

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

İtmiş oğullarına 38 ildən sonra qovuşdular - VİDEO

Koronavirusla bağlı SON STATİSTİKA

Prezidentin və I Vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir

Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarlanıb

Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

Yağış yağacaq, dolu düşəcək

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə ÇAĞIRILIR

XİN şəhid hərbçimizlə bağlı məlumat YAYDI

"Emmi" mükafatının QALİBLƏRİ