“20 sotadək pay torpağı olanlar məşğul hesab olunmasınlar”

11:07 06-08-2020 | icon 1810 | Siyasət
“20 sotadək pay torpağı olanlar məşğul hesab olunmasınlar”

Vüqar Bayramov: "Qanunda rayonlarda yaşayan vətəndaşlarımız üçün vacib olan məsələlər də var"

 

Milli Məclisin Plenar İclasında “Məşğulluq Haqqında” Qanuna edilən düzəlişlər layihəsi müzakirə olunub.

 

Versus.Az-ın məlumatına görə, deputat Vüqar Bayramov qeyd edib ki, layihədə təkliflərə edilən düzəlişlərlə yanaşı, qanunda rayonlarda yaşayan vətəndaşlarımız üçün vacib olan məsələlər də var:

 

“Qanunun 4-cü maddəsinə görə pay torpağı olan bütün vətəndaşlarımız məşğul şəxslər hesab edilir. Bu baxımdan qanununun bu maddəsində difersinial yanaşmanın tətbiqinə ehtiyac var. İnkişaf etmiş ölkələrdə, bölgələrdə yaşayan insanların məşğulluğu onların əldə etdikləri gəlirlərə əsasən hesablanır. Mövcud qanunvericiliyə əsasən, 10 sot torpağı olan vətəndaş da, 10 hektar torpaq sahibi olanda məşğul hesab olunur. Halbuki, 10 sot torpaq onun sahibinə xüsusi gəlir əldə etmək imkanı vermir. Əksinə, pay torpağı olanlar məşğul şəxslər hesab olunduğu üçün sosial yardımlara da müraciət edə bilmirlər. O baxımdan, təklif etdim ki, 20 sotadək pay torpağı olanlar məşğul hesab olunmasınlar və onlara sosial proqramlara müraciət imkanı verilsin. Yaınız 20 sotdan daha çox yararlı sahəsi olanlar məşğul şəxslər qrupuna daxil edilsinlər”.

 

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2020-ci il üçün büdcəsində təklif edilən əlavə və düzəlişlərlə bağlı fikir bildirən deputat deyib ki, Fondun büdcəsində edilən dəyişikliklər pandemiyanın təsirlərini azaltmaq məqsədi daşımaqla yanaşı, 2020-ci ilin dövlət büdcəsinin dürustləşməsi ilə də bağlıdır:

 

“Əvəlla, layihədə DSMF-in gəlirlərinin daxilolma mənbələri üzrə dəyişikliklərın aparılması təklif olunur. Belə ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların məbləği büdcədən maliyyələşən təşkilatlar üzrə proqnoz 2 milyon 588 min manat azaldılır, əksinə büdcədən kənar mənbələt üzrə həmin məbləğ qədər artım təklif olunur. Pandemiyanın real sektorada aktivliyin azaltdığını və eləcə də sosial təcrid tədbirlərinin tətbiq olunduğu müddətdə təsirlərə məruz qalan 20 fəaliyyət sahəsindən 11-də fəaliyyətlərin tamamən dayandığını nəzərə alsaq özəl sektordan daxil olmalarda artımın proqnozlaşdırılmasının geniş izahatına ehtiyac var. Çünkü nəticə etibarı ilə, aktivlik azalırsa bu ödənişlərin də azalmasına səbəb olmalıdır: hətta qeyri-rəsmi məşğulluğun rəsmilləşdirilməsi əmsalı nəzərə alınanda da”.

V.Bayramov qeyd edib ki, 3 yaşa qədər uşağı olan valideynlərə verilən müavinələrin həcminin azalma səbəbi açıqlanmalıdır:

“Digər məqam, təklif oluna layihədə əmək pensiyalarının ödənilməsi xərclərinin 26, 769 milyon manat azalıdılmasıdır. Bu istiqamət pandemiyanın təsir etmədiyi sahə olunduğundan azalmanın səbəblərinin geniş izah edilməsinə ehtiyac var.

Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2020-ci il üçün büdcəsinin təxminən 7 ay əvvəl qəbul olunduğunu nəzərə alsaq, qanun layihəsində nəzərdə tutulan optimallaşmaların nəyin hesabına olacağına aydınlıq gətirilməlidir. Məsələn, yeni doğulan uşaqlara və ya 3 yaşa qədər uşaqların valideynlərinə verilən müavinətlərin həcmindəki azalmaların səbəblərinin geniş izahatına ehtiyac var”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol