“Şəhid adı üzərindən oyun oynanılır”

13:02 06-08-2020 | icon 269 | Siyasət
“Şəhid adı üzərindən oyun oynanılır”

Bəhruz Məhərrəmov: "Şəhid adı üzərindən, karantin qaydaları ilə bağlı da oyunlar oynanılır"

 

Milli Məclisin iclasında deputat Bəhruz Məhərrəmov hüquq-mühafizə orqanlarına müraciət edib.

 

Versus.Az-ın xəbərinə görə, B.Məhərrəmov bildirib ki, bu gün şəhid general-mayor Polad Həşimovun adı üzərindən sosial şəbəkələrdə manipulyasiyalar edilir.

 

Ötən gün xəbər yayıldı ki, guya Qəbələdə Həzi Aslanovun küçəsinin adı dəyişdirilərək, Polad Həşimov küçəsi olub. Sonra məlum oldu ki, bu, yalan xəbərdir”, - deyə B.Məhərrəmov əlavə edib.

 

Millət vəkili söyləyib ki, şəhid adı üzərindən, karantin qaydaları ilə bağlı da oyunlar oynanılır:

 

“Hökumətə qarşı açıq çağırışlar edilir. Bu, cinayət təqibinin başlanılması üçün əsas olmalıdır”. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

İran XİN Brüssel görüşünə münasibət bildirib

Ceki Çanın kəskin qocalmasının SƏBƏBİ

“Ludus”un təsisçisi Bakıda

Vatikandan cinsiyyətin dəyişdirilməsinə REAKSİYA

Bu ilin ilk Günəş tutulması başa çatıb

“TikTok” “Instagram”a rəqib platforma yaradır

Novxanıda ağır QƏZA