Dövlətin zəifləməsini arzulamaq kimi bir rəzillik

16:46 06-08-2020 | icon 248 | Siyasət
Dövlətin zəifləməsini arzulamaq kimi bir rəzillik

Milli Şura siyasi səhnədə rəzil və çirkin rollar oynayır

 

 

 

ELMAN BABAYEV

 

Sən demə, Azərbaycanda sərt karantin rejiminin uzanmasına, müəyyən qədər iqtisadi geriləmənin baş verməsinə ən çox sevinən Milli Şura imiş. Qurumun iclasından yayılan son görüntülərdə açıq formada bəyan olunur ki, karantin qaydalarının uzanması onlara sərf edir. Konkret belə bildirilir, diqqət edin: “Mövcud duruma görə, insanların narahatlığı artır, dolanışığı çətinləşir, buna sevinmək lazımdır. Karantinin uzanmağı birmənalı olaraq Milli Şura üçün əlverişlidir”.

 

Göründüyü kimi, niyyət bütün çılpaqlığı ilə ortadadır: Şura karantin rejiminin uzanmasının, xalqın güzəranının daha da pisləşməsinin tərəfdarı olduğunu, bunun dövlətin yaxasına çökmək, hay-küy salmaq, təbliğat aparmaq üçün imkan yaratdığını bəyan edir. (https://www.facebook.com/watch/?v=293423818747295).

 

Öz dövlətinə, vətəndaşına düşmən kəsilməyin başqa adı varmı? Az öncə dünya bazarlarında neftin qiymətinin düşməsini bayram edən Milli Şura, indi də karantin rejiminin uzanmasına sevinir. Xəstəlik hələ də tam aradan qalxmayıbsa, infeksiyaya yoluxan vətəndaşlarımızın vəfat etməsi faktları mövcuddursa, sərt karantin rejimi səbəbindən ölkədə iqtisadi sahədə inkişafın tempi aşağı düşübsə, buna sevinmək üçün alçaq düşüncənin, kobud əxlaqın sahibi olmalısan! Bunun başqa adı yoxdur! Azərbaycana düşmən qüvvələrlə arada hansısa fərq varmı? Yoxdur! 


Hökumətin karantin rejimini uzatmasının yalnız bir səbəbi var - nəyin bahasına olursa-olsun insanların sağlamlığının qorunması! Dövlət olaraq özümüzdən asılı olmayaraq düşdüyümüz durum bütün vətəndaşlara bu və ya digər formada zərbə vurur. Hakimiyyət fərqli yol da tuta bilərdi; bəzi ölkələrdə olduğu kimi, bütün sahələrin fəaliyyətini təmin edib, karantin rejimini aradan qaldıra bilərdi. Nəticədə iqtisadi sahədə irəliləmə yenidən baş verəcəkdi, insanlarımızın qorunması isə ikinci plana keçəcəkdi. Amma buna gedilmir, insanların sağlamlığı, qorunması önə çəkilib. Bu, birmənalı olaraq təqdir edilməlidir.

 

Təəssüf ki, pandemiyaya görə itkilərimizə öz içimizdən olanlar da şadyanalıq edirmiş! Normal düşüncəyə malik müxalif qüvvə öz ölkəsinin vətəndaşının güzəranının pisləşməsinə sevinə, bundan öz çirkin məqsədləri, təbliğatı üçün istifadə edə bilərmi? Əgər sən hakimiyyətə alternativ qüvvə kimi özünü cəmiyyətə sırıyırsansa, mövcud vəziyyətlə bağlı fərqli nəsə təklif et. Bu, yoxdursa, ortaya düşüb indiki duruma sevinirsənsə deməyə söz qalmır. Deməli, cılızlığı, miskinliyi, xalqa düşmən münasibəti öz fəaliyyətinin əsas elementinə çevirmisən. Öz məqsədlərinə çatmaq üçün xalqın ən ağır duruma düşməsinə belə razısan...

 

Reallıq odur ki, Milli Şura sivil yolla irəli çıxmaq imkanını tam itirib. Hər seçkidən, siyasi mübarızədən sonra itirilən elektorat, itirilən reytinq, nüfuz, saysız-hesabsız uğursuzluqlardan doğan ruh düşkünlüyü bu kimi dairələrin hakimiyyətə gəlmək şanslarını heçə endirib. Nəticədə dövlətin zəifləməsini, insanların kasıb duruma düşməsini arzulamaq kimi rəzil bir səviyyəyə eniblər.

 

Anlamırlar ki, sosial şəbəkələrdə yalan, böhtan üzərində qurulan çalışma sosial bazanı genişləndimək, elektoratın rəğbətini qazanmaq, müxalifəti nüfuzlu siyasi qüvvəyə cevirmək iqtidarında deyil. 
Sosial sifarişdən doğmayan yollarla güclənə biləcəklərini fərz edənlər rüsvayçı duruma düşməkdə davam edəcəklər. Nə qədər sevinsələr də, qarşıdakı dönəm şanssızlıq baxımından müxalifət ücün daha ağır proses kimi gözlənilir. Sosial şəbəkələrdə trolluq etmək, xüsusi şəbəkə saxlamaq əslində yeniliklərlə ayaqlaşmaq deyil. Milli Şuranın düşdüyü çarəsiz durum, tükənmişlik onu sosial şəbələkələrdə radikallıq, süni gərginlik yaratmağa, trolları ilə birlikdə yalanlar uydurmağa, təhqirlə məşğul olmağa vadar edir. Lakin bununla nəsə əldə etmək mümkünsüzdür. Cəmiyyətin real proqramlara malik olmayan və köhnə mübarizə metodlarını sosial şəbəkəyə daşıyan hazırkı müxalifətə marağı çoxdan itib...

 

Hakimiyyət pandemiya ilə mübarizədə uğurlu fəaliyyətə müəlliflik edir. İndiki durumda hakimiyyət itkiləri qarşılamaq üçün yardım paketləri icra edib, maaş və pensiyaların ödənişində hər hansı problem mövcud deyil. Sosial proqramlar təxirə düşməyib. Heç kimdə şübhə yoxdur ki, tezliklə bu bəla arxada qalacaq, iqtisadi geriləmənin qarşısı alınacaq. Müxalifətinsə müəyyən sosial narazılıqları, gileyləri, tənqidi yanaşmaları bir arada toplayıb, real hərəkətə çevirmək təşəbbüsləri tamamən perspektivsizdir.

 

Dünyanın pandemiyadan sonra düşdüyü halı hər yerdə eynidir, amma dünyanın heç bir yerində bu haldan siyasi xalq toplamaq, əhalini qızışdırmaq, dövlətin çökməsini arzulamaq kimi bir ağıla, əxlaqa, vicdan hissinə sahib olan müxalifət yoxdur, bəlkə də tək elə bizdədir!

 

Milli Şuranın bu dərəcədə rəzilləşməsi, öz dövlətinə, millətinə münasibətdə düşmənlə eyni mövqeni bölüşməsində, əslində yeni bir şey yoxdur! İllərdir, siyasi səhnədə o, məhz belə rəzil və çirkin rollar oynayır!..

Xəbər lenti

Ermənilərin ərazilərimizə atdığı aviabomba və raketlər aşkarlandı - FOTO

ANAMA bu rayonlarımızın ərazisinə Ermənistan silahlı qüvvələri tərəfindən atılmış...

Azərbaycan Ordusundan uğurlu əməliyyat - VİDEO

“Bu tip şişkinliklər olduqda həkimə müraciət etmək məsləhətdir”

Ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində daha bir mülki şəxs həyatını itirib

Polad Bülbüloğlu Rusiya XİN-də görüş keçirib - VİDEO

“Biz işğalçıya qarşı adekvat cavab verməyə məcbur olduq”

“Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”

Qələbə əzmini sona qədər qorumalıyıq

“Haber Global”: Ermənistan Azərbaycana hücumdan əvvəl PKK terror təşkilatı ilə razılaşıb

Paşinyanın və Ermənistan parlamentinin Qarabağın statusu məsələsini həll etmək hüququ yoxdur

JuHI beynəlxalq təşkilatlara müraciət etdi

Ermənilərin təxribatı nəticəsində Şeyx Babı türbəsinə ziyan dəyib - FOTO

Hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanıldı

Şamaxı igidlərini cəbhəyə yola salır - VİDEO

Goranboyun kəndi düşmən atəşi altında - VİDEOREPORTAJ

Cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində lazımi sayda müvəqqəti daldalanacaqlar yaradılıb

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

Prezidentdən mühüm FƏRMAN

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

“Azərbaycan Bayrağı” ordenli şəhid Cəbrayıl Cəbrayılovun şəhadət günüdür

Qüdrət Həsənquliyevi qınayanlar da, haqq qazandıranlar oldu

MMP təşkilat sədri müharibə başlayarsa, döyüşə gedəcəyini deyir

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Bu gün İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

Kəlbəcəri Ermənistana birləşdirəcək yolun tikintisi başlanıb - FOTO

MMP sədri döyüş bölgəsində olub

Ermənistan silahlı qüvvələri atəşkəsi 49 dəfə pozub

Ümrə ziyarətləri mərhələli şəkildə BAŞLAYIR

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO