"Gizli məzarlıqlar aşkarlandıqca, itkin soydaşlarımızın o məzarlıqda ola bilməsi ehtimalı yaranır"

17:30 20-06-2023 | icon 1333 | Siyasət
"Gizli məzarlıqlar aşkarlandıqca, itkin soydaşlarımızın o məzarlıqda ola bilməsi ehtimalı yaranır"

Ramil Hüseynov: “4000-dən çox itkin vətəndaşımızın taleyi ilə bağlı hələ də məlumat yoxdur”

 

“Ağdamın Sarıcalı kəndində aşkar edilən kütləvi məzarlıq Ermənistanın, erməni faşistlərinin soydaşlarımıza qarşı törətdiyi cinayətlərin növbəti nümunələrindəndir. İşğaldan azad olunan ərazilərdə soydaşlarımızın basdırıldığı kütləvi məzarlıqlar tapıldıqca, 4000-dən çox soydaşımızın taleyi ilə bağlı Azərbaycanın Ermənistan qarşısında qoyduğu tələblər və cavabsız sualların düyünü də öz-özünə açılır. Erməni faşizmi öz əməlləri, cinayətləri ilə üzə çıxır”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov bildirib. Siyasi tədqiqatçı Azərbaycanda minlərlə ailənin erməni vəhşiliyi nəticəsində hələ də taleyindən xəbərsiz olduğu bir övladını, əzizini gözlədiyini vurğulayıb. O, öz ailəsinin də belə talelərdən birini yaşadığını deyib.

 

R.Hüseynov xalası oğlu, hərbçi Dövlətli Aqşinin Ağdərə rayonu ərazisində itkin düşdüyünü və bu günə qədər onunla bağlı nə sağlığı, nə də öldüyü barədə heç bir məlumatın olmadığını dedi:

 

“Onun kimi 4 mindən yuxarı vətəndaşımızın taleyi ilə bağlı heç bir məlumat yoxdur. Müəyyən girovların öldürülməsi və yaxud ölməsi muxtəlif araşdırmalar nəticəsində bəlli olsa da, Ermənistan 4000-dən yuxarı soydaşımız haqqında heç bir məlumat vermir. Lakin ermənilərin cinayəti nəticəsində salınan bu cür gizli məzarlıqlar aşkarlandıqca, itkin hesab olunan çoxsaylı soydaşlarımızdan müəyyən bir hissəsinin məhz o məzarlıqda ola bilməsi ehtimalı düşünülür”.

 

R.Hüseynov statistik rəqəmlərə diqqət çəkərək Azərbaycanda 4354 nəfərin itkin və girov düşdüyünü vurğuladı:

 

“Onlardan 3503 nəfəri hərbçi, qalanları mülki şəxsdir. Aralarında körpə uşaqlar,  qadınlar və yaşlılar var. İndiyə qədər onların taleyi ilə bağlı heç bir məlumatımız yoxdur. Belə məzarlıqlar aşkarlandıqca, ilk ağla gələn fikir bu olur ki, itkin düşən, girov, əsir götürülən soydıqlarımız vəhşicəsinə öldürülərək burada gizlədilə bilər”.

 

Erməni vəhşiliyi nəticəsində bu cür hadisələrin müxtəlif zamanlarda, tarixlərdə qeydə alındığını deyən R.Hüseynov erməni terrorçularının qurbanına çevrilən soydaşlarımızın gizlədildiyi həmin kütləvi məzarlıqlar, beynəlxalq məhkəmələrə təqdim edilməsi və haqqımızın qorunması istiqamətində mühüm faktlardır:

 

“Ermənilər ölkəmizin müxtəlif bölgələrində həmişə xaincəsinə, şərəfsizcəsinə bu cür cinayətləri törədiblər. Bu faktlar onu göstərir ki, erməni adlanan millətin indiki sivil dünyaya heç bir aidiyyəti yoxdur. Bu cinayətkar, vandal təfəkkürün sahiblərinin hal-hazırkı dünya cəmiyətinə inteqrasiya etməsi təhlukəlidir. Dünya ictimaiyyəti, beynəlxalq huquq normları dəstəkləyən quvvələr, bu prinsplərə riayət edənlər ortaya öz konkret mövqelərini qoymalıdırlar. Bu vəhşilərlə bağlı konkret qərarlar və tədbirlər olmalıdır. Bu vandalların Qafqaza necə və niyə gətirilməsi araşdırlsa, butun həqiqətlər ortaya çıxar”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...