"Özləri də “bizim işimiz hakimiyyəti şərləməkdir” etirafını edirlər"

09:06 07-08-2020 | icon 606 | Siyasət
"Özləri də “bizim işimiz hakimiyyəti şərləməkdir” etirafını edirlər"

Fuad Əliyev: "Bunlar ”Azərbaycan xalqına nə qədər pisdirsə, bizə o qədər yaxşıdır" prinsipindən çıxış edirlər"

 

Son aylarda Milli Şura onlayn iclaslarını əks etdirən biabırçı videoların yayılması ilə daha çox gündəmə gəlir. Bu dəfə MŞ-nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli xalqı çətin durumda görməyə sevindiklərini etiraf edib. Koordinasiya Mərkəzinin konfransında iştirak edən Cəmil Həsənli və digər MŞ üzvləri Hacıbəylinin dediklərini dəstəkləyirlər.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev məsələylə bağlı açıqlamasında deyib ki, bu qurumun əsas məqsədi anti-Azərbaycan təbliğatı aparmaqdır ki, bunu da daha çox internet üzərindən həyata keçirirlər.

 

ALDP sədri vurğulayıb ki, neftin barelinin 14 dollara düşməsi hadisəsi ilə əlaqədar iclaslarında da bu qadın hamını böyük ruh yüksəkliyi ilə Şura rəhbərliyini təbrik etməyə çağırıb:

 

"İndi isə COVİD-19-a görə karantinin uzadılmasını istəyir. Bunlar başa düşmürlər ki, karantinin uzadılması və yaxud ləğv olunması ölkədə epidemioloji vəziyyətdən asılıdır. Bunlar heç vaxt xalqı düşünməyiblər və xalqın mənafeyinə yox, şəxsi maraqlarına xidmət edirlər. Bunlar ”Azərbaycan xalqına nə qədər pisdirsə, bizə o qədər yaxşıdır" prinsipindən çıxış edirlər. Müxalifət ondan ötrüdür ki, hakimiyyət uğrunda mübarizə aparsın, hakimiyyətin səhflərini göstərsin, tənqid etsin. Xalqa öz iqtisadi və siyasi proqramlarını təqdim etsinlər. Bunların işi isə şərləmək, ağa qara, qaraya ağ deməkdən ibarətdir. İclasların birində özləri də bunu etiraf ediblər ki, “bizim işimiz hakimiyyəti şərləməkdir”. Bunlar bu düşüncə yanaşma ilə hakimiyyətə gələ bilməyəcəklər. Xalq pandemiya dövründə sosial problemlərin dərinləşməsinə görə zövq alan və sevinənlərin dalınca getməyəcək".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol