"Bunu Zahid Oruc özü yazıb, yazdırıblar, hər nədirsə çox ziyanlıdır"

09:30 07-08-2020 | icon 1022 | Siyasət
"Bunu Zahid Oruc özü yazıb, yazdırıblar, hər nədirsə çox ziyanlıdır"

Elşad Musayev: "Zahid Orucun bu yazısı "5-ci kolon"un, rus agenturasının ruhunu oxşayan yazıdır"

 

"Əgər Zahid Oruc Milli Məclisin üzvü və Sosial Tədqiqatlar Mərkəzinin sədri olmasaydı, köhnə sovet yaltaqşünaslığı, boş, mənasız pafos və taftaloğiya, uzunçuluq və cümlələrin qəliz göstərilməsi üçün söz kəndirbazlığı, ən əsası isə ictimai rəyi aldatmağa cəhd ruhunda yazılan bu mənasız yazıya münasibət bildirməyə dəyməzdi".

 

Versus.Az xəbər verir ki, bu fikirləri Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev millət vəkili Zahid Orucun "Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: Yerevanı bölmək planı" adlı yazısını şərh edərkən bildirib:

 

"Zahid Oruc yazının sonunda fikirlərini belə ifadə edir: "Onlarla tel bizi Moskva ilə birləşdirir. Bu resursları bir yerə yığmaq gərəkdir.
Sarkisyan aprel döyüşlərindən sonra daha çox "rus silah"ından ölməyə ağrıyırdı. Yeni yaranan siyasi üçbucaq- Türkiyə, Azərbaycan, Rusiya vahid səngəri sərhəddə son toqquşmaya, həm də toqquşmaların sərhəddi kimi baxmağa imkan verir. TAR ittifaqı. Azərbaycan özünün geosiyasi missiyasına görə mərkəzdədir. Musiqidə, orduda, döyüşdə triada. Hansı dilə tərcümə etsən dəyişmir! Bəli, Rusiyanı vasitəçidən münaqişə tərəfinə çevirmək planı alınmadı"...


Əvvəldən başlayaq, məgər Zahid Oruc bilmir ki, bu konflikti yaradan da, onu indiki vəziyyətdə saxlayan da, Azərbaycanın torpaqlarını işğal edib ermənilərə verən də, Aprel döyüşlərini dayandıran da, ermənilər tərəfindən döyüşən də, Ermənistana milyardlarla dəyəri ölçülən ən müasir silahları pulsuz verən də elə Rusiyanın özüdür? Bilir.


TAR ittifaqı, vahid səngər... Əgər Zahid Oruc Rusiyanın, Türkiyənin, eləcə də Azərbaycanın strateji hədəflərini bu qədər bəsit düşünürsə çox təəssüf.


"Rusiyanı vasitəçidən münaqişə tərəfinə çevirmək planı alınmadı" demək üçün isə həm də çox riyakar olmaq lazımdır. Məgər indiyədək Rusiya tərəf deyil, Ermənistanın hərbi-siyasi müttəfiqi deyil? Bizi bir addım irəli getməyə qoymayan Rusiya deyil? Budur Yerevanı bölmək planı?"


O ki, qaldı Zahid Orucun "onlarla tel bizi Moskva ilə birləşdirir" cümləsinə, Elşad Musayev bu fikrə etiraz etmədiyini deyərək, "bəli, çoxunuzu çox gizli tellər Moskva ilə birləşdirir" deyə vurğuladı:

 

"Maraqlıdır, bu yazını indiki həssas məqamda yazmaqda adamın məqsədi nədir? Özü yazıb, yazdırıblar, hər nədirsə çox ziyanlıdır. "Beşinci kalon"un, rus agenturasının ruhunu oxşayan yazıdır. 

Tovuz döyüşlərindən, igid əsgər və zabitlərimizin şəhid olmasından heç 40 gün keçməmiş, Türkiyə ilə Azərbaycan ordusunun birgə hərbi təlim keçirdikləri və düşmənlərə göz dağı verdikləri bir zamanda belə yalançı hədəflərə köklənən, Rusiyanı qorumağa, ona yaltaqlanmağa xidmət edən bu cür yazıların həm də təsadüfi olmadığı birmənalıdır.

Əgər hakimiyyətin nəzarətində olan Sosial Tədqiqatlar Mərkəzinin sədri olan bir şəxs belə bir yazı ilə çıxış edirsə, çox təəssüf. Deməli vəziyyət yaxşı deyil və görüləcək çox işlər var".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”