Milli Şuraya Okeanın o tayından da irad bildirildi

21:06 08-08-2020 | icon 1724 | Siyasət
Milli Şuraya Okeanın o tayından da irad bildirildi

"Özlərini Milli Şura adlandıraraq bəyanatlar verir, iclaslar keçirirlər"

 

 

"Azərbaycanda müxtəlif adlar altında çoxlu qurumlar var. Onlardan biri də Milli Şura adlandırılır. 2013-cü il prezident seçkilərinə hazırlıqda 10-a yaxın təşkilat yığışıb ümumi seçki kompaniyası aparmaq və ümumi namizəd irəli sürmək üçün bir komanda yaratmışdı və adını Milli Şura qoymuşdu. Həmin Milli Şura gözlənilməz bir addım atdı, heç kimin tanımadığı, heç bir idarəçilik təcrübəsi olmayanı MŞ-adından namizəd kimi irəli sürdü və bir təşkilat kimi ölümünə imza atdı. Mən həmin dəqiqədən belə bir təşkilatı tanımadığımı qeyd etdim".

 

Versus.Az xəbər verir ki, bu fikirləri hazırda Amerikada yaşayan eks sipiker Rəsul Quliyev öz "facebook" səhifəsində yazıb.

 

R.Quliyevin Milli Şura ilə bağlı yazdıqlarını olduğu kimi təqdim edirik:

 

"Az bir zamanda Milli Şuranı təsis edən partiya və təşkilatların hamısı (Xalq cəbhəsi partiyasından başqa) MŞ-nı tərk etdi və bu təşkilat ləğv olundu. Buna baxmayaraq bəzi adamlar bu təşkilatın adını mənimsədi və bu günə qədər özlərini Milli Şura adlandıraraq bəyanatlar verir, iclaslar keçirir. Mən bu adamları buraxdıqları biabırçı səhvlərinə görə artıq 7 ildir tənqid edirəm. Mən 7 ildir hökümətin bu adamların müqəvvasını Avropa Şurası, ABŞ, beynəlxalq təşkilatlara müxalifət kimi təqdim etdiyini və onların müxtəlif internet səhifələri, "Youtube"də yazdıqları və dedikləri əcaib yalanlar, şər və böhtanları ölkədə azad sözün təntənəsi kimi təqdim etdiyini demişəm. Həqiqətən Azərbaycan höküməti, onun liderlərinin əleyhinə deyilən ən yaramaz yalanlara belə qulaq asmaq, baxmaq olar, heç bir problem yoxdur. Kimisə Məlik Məmməd rolunda təqdim etmək üçün onun izolyasiyaya salınmasından, pələng qollarına zəncir vurulmasından şikayətlər edilir, bəyanatla ona azadlıq tələb edilir. Paralel bu qəhrəman hər gün və ya iki-üç gündən biri efirə və ya internet səhifələrinə çıxır onu izolyasiyaya salıblar, qoymurlar gəlib xalqı azad etsin, çünki ondan qorxurlar çıxışlarını edir. Komediya göstərməyin də duzu olmalıdır, ağ etmək olmaz.

 

Milli Şuranın "izoliyasida" olmayanları video iclaslar keçirir. Bir balaca dərrakası olan adamın bu adamların çıxışlarına qulaq asması onlara verilən ən ağır işgəncədir. Mən adətən onlaraın boş danışıqlarına qulaq asmıram. Ancaq hərdən bu tarixi video müzakirələrin bəzi kiçik parçaları mənə göndərirlər və mən qulaq asıb bir neçə gün yadından çıxar, cavab vermə deyə özümü dilə tuturam, ancaq mümkün olmur.

 

Bu müzkirələrin mərkəzində hökümət və biz (MŞ) hansı addımları atmalıyıq ki, insanlar yaşaya bilməsin, acından, xəstəlikdən qırılmağa başlasın məcbur olub hökümətin üstünə yerisin nə qədəri qırılacaq fərqi yoxdur, təki biz hakimiyyəti ələ keçirək. Bu təklifdən ruhlananlar tək bizlə iş düzəlməz, tanış adamları da bu barədə yazmağa cəlb etməliyik deyirlər. Bu ərəfədə kimlərsə hesabat verir bu işlə məşğulam mənim xahişimlə filankəslər atrıq yazıblar.

 

İnsanlar yaranandan, məsələn 10 min il bundan öncə təbii fəlakətlər (Korono virus da təbii fəlakətdir) planetin müxtəlif yerində başlayanda instinktlə və artıq ağlı ilə bunun qarşısını almaq üçün birləşirdi. Hər bir canlı özünü qorumaq və nəslini artırmaq instiktinə malikdir. Ona görə həyat davam edir. Dünyada 1000 illərdir baş vermiş 100-lərlə fəlakətlərin, məsələn çuma, xolera və sairələrin qarşısını almaq üçün insanlar birləşir. Özünün mənəviyyat və əxlaqından, yüksək adət ənənəsindən dəm vuran bir ovuc azərbaycanlı öz həmvətənlilərinin sümükləri, ağır, dözülməz yaşayışlarının üzərində özlərinin gələcəklərini qurmaq istəyirlər. Burada nöqtə qoyuram. Arxasın özünüz düşünün".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları