Şəhidin qızı Tərtərin icra başçısına səsləndi

14:47 09-08-2020 | icon 2049 | Cəmiyyət
Şəhidin qızı Tərtərin icra başçısına səsləndi

Tamilla Qulami: “Sən - Müstəqim Məmmədov, bu dəfə də yanlış etdin!”

 

"Tərtərdə atamın adına küçə var. Şəhid adlarına olan küçələrin abadlaşdırılması ilə bağlı Sərəncama uyğun olaraq həmin küçə də təmir olunmalı, küçənin girişində bütün şəhidlər kimi Famil Qulaminin də barelyefi qoyulmalı idi. Amma icra başçısı Müstəqim Məmmədov icazə vermir".

 

Versus.az xəbər verir ki, bu barədə şəhidin qızı, Ümid Partiyasının sədr müavini Tamilla Qulami ozünün “facebook” hesabında yazıb.

 

T.Qulami bildirib ki, bir şəhid övladı kimi, heç bir vaxt rayonda tək atasının adı ilə bağlı baş verən neqativləri qabartmaq istəməyib, buna görə hər hansı addım atmayıb, danışmayıb:

 

"Çünki düşünmüşəm ki, atam Famil Qulami də torpaqlarımızın ərazi bütövlüyünün qorunması üçün müharibəyə könüllü gedən Azərbaycan oğlu idi və o, tək mənim yox, hər kəsin atası olmağı seçmişdi..."

 

T.Qulami bu gün məsələnin üzərinə getməsinin səbəbini icra başçısı Müstəqim Məmmədovun artıq öz fironluğunu getdikcə artıraraq şəhid adlarına, şəhid ruhlarına laqeyd yanaşmada davam etməsi ilə izah edib. O, bildirib ki, bu  gün torpağı işğalda qalan dövlətin bir məmurundan döyüşçüsünə, şəhidinə, şəhid ailəsinə olan laqeyd, hörmətsiz yanaşmalar bütövlükdə vətəndaşlıq hissini zəiflədən, onu dövlətdən narazı salan, torpaq uğrunda savaşıb, hər an canını qurban verməyə hazır olan insanların inamını sarsıdan məqamdır. Və bunun üzərindən sakitcə keçmək olmaz:

 

"Bu günlərdə Famil Qulami küçəsində yaşayan sakinlərdən biri mənə zəng etdi ki, Famil Qulami küçəsində şəhidin xatirəsinə öz hesabına bulaq tikmək istəyib. Amma icra başçısı min bəhanələr gətirərək buna icazə verməyib. Deyib ki, bunun üçün ancaq Paytaxta, "aidiyyatı qurum"a müraciət edilməlidir.

Bir küçədə bulaq tikintisi bu qədərmi böyük problemdir? Bəlkə bu kimi işlər üçün də ölkə başçısının qərarı olmalıdır, bilmirik?!

Problem bununla bitmir. Hələ sayılası çox məsələlər var... Tərtərdə Famil Qulami adına idman yarışı keçiriləcəkdi, sonradan tədbiri Mübariz İbrahimovun adına dəyişmişdilər. Şəhid şəhiddir, hər biri baş tacımızdır, amma qərəzli, kin, nifrət dolu hərəkətlərin mütləq bədəli olmalıdır...”

 

T.Qulami bildirib ki, rəhmətlik anası buna görə çox inciyib:

 

“Sadəcə yaxşı ki, bu hakimiyyətin mahiyyətini bilirdi... Bilirdi ki, bu ölkənin özbaşına məmurlarının diriyə sevgisi, sayğısı yoxdur, o ki, qaldı torpaq altında uyuyanlara... Heyf, bu nadanlıqlara veriləcək cavabları görməyə ömrü yetmədi... Amma əminəm ki, hər şey dəyişəcəyik və bunu ruhları duyacaq”.

 

T.Qulami icra başçısının özbaşınalığını ŞƏHİDlərin “katiqoriyalara” bölünməsi ilə bağlı absurd yanaşmaları ilə izah edib:

 

"Görünür, bunlar üçün ŞƏHİDİN MÜXALİFƏTİ DƏ OLURMUŞ.. İndiyədək ancaq haqqı tapdanan insanları müdafiə etdim, heç bir məsələyə şəxsi pəncərəmdən yanaşmadım. Məncə bu qədəri çox oldu... Çünki sən - Müstəqim Məmmədov, bu dəfə də yanlış etdin! Zaman daralır... Narahat olmağa başla...”

 

P.S: İcra başçılarının özbaşınalıqları, etdikləri qanunsuzluqlar ölçüyə çığmır. Şəhid və şəhid ailələrinə diqqətin ayrılması və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması tələbi qoyulduğu halda, hələ də məmurlar Prezidentin çıxışlarından, keçdiyi dərsdən ibrət almır, məmurlara etdiyi xəbərdarlığı gözardı edirlər.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...