Azərbaycanlı idmançı Gürcüstanda prezident oldu

10:29 10-08-2020 | icon 632 | İdman
Azərbaycanlı idmançı Gürcüstanda prezident oldu

Marneulidə taekvondo idman növü üzrə idmançılar hazırlayan azərbaycanlı müəllim Faiq Məmmədov Gürcüstan kikboks və karate federasiyasının prezidenti təyin olunub.

 

Versus.az xəbər verir ki, bununla bağlı yerli mediaya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

F.Məmmədov bildirib ki, rəsmi şəkildə yaratdığı, hazırda konfederasiyanın tərkibində qeydiyyatda olan Sayokan federasiyasının fəaliyyəti Gürcüstan kikboks və karate konfederasiyasının rəhbərliyi tərəfindən bəyənilir. Bu təklifi şəxsən konfederasiyanın prezidenti Kaxa Beselia irəli sürüb.

Faiq Məmmədov gələcək planlardan danışarkən deyib ki,  yaxın vaxtlarda yerli səviyyədə idman yarışları keçirməyi düşünürlər:

“Öncə Marneuli, Kvemo-Kartli və Gürcüstan üzrə, daha sonra isə beynəlxalq yarışlar təşkil etməyə çalışacağıq. İnanıram ki, təcrübəmizdən yararlanıb uğurlu addımlar atacağıq”, - deyə vurğulayıb.

Qeyd edək ki, 12 yaşından karate, sonra isə taekvando idman növü ilə məşğul olan Faiq Məmmədov 22 illik müəllimlik təcrübəsinə malikdir.  İndiyə qədər hazırladığı idmançılardan onlarla Gürcüstan, dördü dünya, biri Avropa çempionu olub.

“Bizim üzərimizə böyük məsuliyyət düşür. Biz ölkədə Marneulinin, ölkədən kənarda isə Gürcüstanımızın adını doğrulduruq”, - deyə soydaşımız əlavə edib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi