Belarusda bəzi müəssisələrdə tətil elan olundu

14:54 10-08-2020 | icon 447 | Dünya
Belarusda bəzi müəssisələrdə tətil elan olundu

Belarusda fəaliyyət göstərən müəssisələrdən birində işçilər Aleksandr Lukaşenkonun əleyhinə tətil elan etmək məqsədilə bir araya gəliblər.

 

Versus.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “NEXTA Live” “Telegram” kanalı xəbər yayıb.

 

Tətil haqqında “Brestjilstroy” müəssisəsinin işçiləri elan verib.

 

Onlar ədalətli və şəffaf prezident seçkilərinin keçirilməsini, siyasi məhbusların azad edilməsini və onlara qarşı irəli sürülən bütün ittihamların ləğv edilməsini tələb ediblər.

 

Tətil avqustun 10-dan 11-dək davam edəcək.

 

İşçilər bildirib ki, A.Lukaşenkonun prezident elan olunacağı təqdirdə müddətsiz tətillərə başlayacaqlar.

 

Eyni zamanda, Belarus Maşınqayırma Zavodunda tətilə başlandığı bildirilir.

Xəbər lenti

Can't create/write to file '/var/tmp/MYRNWqHF' (OS errno 24 - Too many open files)