Millimiz Türkiyəyə qalib gəldi

06:55 11-08-2020 | icon 707 | İdman
Millimiz Türkiyəyə qalib gəldi

Azərbaycan və Türkiyə milli komandaları arasında “Bir millət, iki dövlət” şüarı altında təşkil edilən internet üzərindən sürətli şahmat üzrə dostluq görüşü başa çatıb. 

 

Azərbaycan Şahmat Federasiyasından Versus.Az-a verilən məlumata görə, yarışın üçüncü - son günündə daha iki turun oyunları baş tutub. Əvvəlki partiyalarda üstünlüyü ələ alan yığmamız daha iki turu qələbə ilə sona çatdırıb.

 

V turda Azərbaycan komandası 4,5:1,5 hesabı ilə qələbə qazanıb. Komandamızda Günay Məmmədzadə, Vüqar Əsədli, Xanım Balacayeva qələbə qazandığı halda, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Gülnar Məmmədova heç-heçəyə razılaşıb. VI turda təmsilçilərimiz 5:1 hesablı qələbəyə sevinib. Rauf Məmmədov, Gülnar Məmmədova, Vüqar Əsədli, Xanım Balacayeva rəqibi məğlub edib. Şəhriyar Məmmədyarovla Günay Məmmədzadə heç-heçə oynayıb. 

 

Altı turun yekun nəticəsində şahmatçılarımız qardaş ölkənin komandasına 26:10 hesabı ilə qalib gəliblər.

 

Sonda təşkilatçılar Azərbaycan – Türkiyə milli komandaları arasında dostluq görüşünün iki qardaş ölkənin federasiyalarının əməkdaşlığında yeni inkişaf mərhələsinə səbəb olacağını vurğulayıb.

 

FİDE tərəfindən keçirilən onlayn şahmat olimpiadasında hər iki komandaya uğurlar arzulanıb.

 

Qeyd edək ki, dostluq görüşü onlayn şahmat olimpiadasına hazırlıq məqsədi daşıyıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür