“Hər kəsə doğma qucaq açan Azərbaycan” adlı layihənin icrasına başlandı

10:15 11-08-2020 | icon 508 | Mədəniyyət
“Hər kəsə doğma qucaq açan Azərbaycan” adlı layihənin icrasına başlandı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan Jurnalistlər Şəbəkəsi” ictimai birliyi “Hər kəsə doğma qucaq açan Azərbaycan” adlı layihənin icrasına başlayıb.  

 

Versus.az xəbər verir ki, layihənin məqsədi Azərbaycanın tolerant və multikultural ölkə olmasını dünyaya nümayiş etdirmək üçü Azərbaycan və İngilis dillərində yüksək keyfiyyətdə sənədli film hazırlamaqdır.

 

Filmdə ölkəmizdə yaşayan yəhudi əsilli vətəndaşlardan bəhs ediləcək, eləcə də digər etnik qrupların Azərbaycanda birgə yaşamaq mədəniyyəti nümayiş olunacaq.

 

Davamiyyəti 30 dəqiqə olması nəzərdə tutulan filmdə çəkilişlər əsasən Azərbaycanda aparılacaq. Eyni zamanda filmdə İsraildə lentə alınan kadrlar və müsahibələrdən də istifadə olunması planlaşdırılır. 

 

Layihənin yekunda hazırlanacaq filmin geniş ictimaiyyət üçün təqdimat mərasimi nəzərdə tutulur. Bundan başqa, filmin daha geniş yerli və xarici auditoriyaya təqdim olunması məqsədi ilə bir sıra yerli və xarici media qurumları ilə də əməkdaşlıq da qurulacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür