“Mən Qarabağam, Qarabağ Azərbaycandır!” - VİDEO

10:33 11-08-2020 | icon 1853 | Qarabağ
“Mən Qarabağam, Qarabağ Azərbaycandır!” - VİDEO

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, o cümlədən Ermənistan silahlı qüvvələrinin bu ilin 12 iyul tarixində Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi növbəti hərbi təxribatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Diplomatiya Könüllüləri tərəfindən fəallıq nümayiş etdirilir.

 

Versus.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

 

Məlumata görə, diplomatiya Könüllüləri sosial şəbəkələrdə Ermənistanın yalanlarını ifşa edən paylaşımlarla çıxış edirlər. Belə ki, gənc könüllülərin Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, törətdiyi insanlıq əleyhinə cinayətləri, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 ilə yaxındır ki, hərbi işğal altında saxlaması faktı ilə bağlı sosial şəbəkələrdə paylaşdıqları poster və videolar yerli və xarici auditoriyanın diqqətini cəlb edib.

 

Diplomatiya Könüllülərinin növbəti layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Qarabağ Azərbaycandır!" şüarına dəstək olaraq "Mən Qarabağam, Qarabağ Azərbaycandır!" videosu ilə Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinin dilindən dünya ictimaiyyətinə müraciəti əks etdirir. İngilis, alman, koreya, çin, fransız, ispan dillərində hazırlanan müraciətin digər dillərə də tərcümə edilməsi nəzərdə tutulur.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”