"İmişli uzun illərdir problemlər içində çabalayır"

22:25 11-08-2020 | icon 638 | Cəmiyyət
"İmişli uzun illərdir problemlər içində çabalayır"

Razi Nurullayev: "Dövlət yetgililərinin diqqətini bu məsələyə çəkirəm ki, problem böyüməsin"

 

"İmişli uzun illər problemlər içində üzüb. Dövlət investisiya proqramları, sosial layihələr və büdcə hesabına görülən işlər üçün ayrılan pullar mənimsənilib və nəticədə keyfiyyətsiz binalar, sosial obyektlər və xarabalıqlara bənzəyən yerlər meydana gəlib. Kimlərsə də ifrat varlanıb, "buynuz" çıxarıb və insanların bədbəxtliyi üzərində qurulan xöşbəxtliyə yüksəlmək istəyib".

 

Versus.Az xəbər verir ki, bunu dünən İmişlidə Nəcməddin Savalanov küçəsi 81-də müharibə veteranları və şəhid ailələri üçün tikilən binanın sakinlərinin istəyi ilə onlarla görüşən millət vəkili Razi Nurullayev bildirib.

 

Millət vəkili bu görüşün ağır və üzücü bir görüş olduğunu vurğulayıb:

 

"Bina tikilən zaman kanalizasiya üçün nəzərdə tutulan şambonu kiçik qazıblar, dolur və binanı üfunətə bürüyür. Yolu kanalizasiya suları basır. Sakinlərin evində murdar su daşıb evlərə dolur. Kim belə yaşaya bilər? Pulu yeyiblər.

Binanın yarı ərazisi bir sahibkara satılıb və binanın həyətində kiçik yer qalıb. O sahibkara kim satıbsa, necə satıbsa, istintaq gərək müəyyən edib həbslər həyata keçirsin. Kim binanı tikibsə, hansı qaranlıq pul silmələrdə iştirak edibsə, məsuliyyətə cəlb olunmalı və öz hesabına binada olan problemləri aradan qaldırmalıdır.

Prezidentin sərəncamı və ayırdığı vəsait ilə bu binalar tikilir ki, veteranlar və şəhid ailələri dövlətdən razı qalsınlar. Onlar narazı qalacaqsa, rahat yaşaya bilməyəcəksə, əsəb gərginliyi içində yaşayacaqsa, bu sosial layihənin mənası nədir?"

 

Razi Nurullayev qeyd edib ki, binanın təmiri üçün xeyli vəsait tələb olunur. Millət vəkilinin fikrincə, ya istintaq orqanı günahkarlardan oğurladıqlarını geri alıb təmirə yönəltməli, ya da yeni vəsait ayrılmalıdır:

 

"İcra hakimiyyəti gündə maşınlarla şambonun çirkli suyunu daşımaq üçün texnikanı səfərbər edir. Amma kiminsə günahının əzabını niyə təzə başçı çəkməlidir? Bu barədə nazir Sahil Babayevlə də danışacam. Mən dövlətin yetgililərinin diqqətini bu məsələyə çəkirəm ki, səfərbər olsunlar. Problem böyüməsin.

Həm də ortaya bir maraqlı fakt çıxır. İmişli boyda bir yerdə su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi yarımçıq qalıb. Mütləq vəsait ayrılmalı və iş başa çatdırılmalıdır.

Ümumiyyətlə, İmişlidə bir çox problemlərin həlli üçün dövlətin qayğısı və köməyi lazımdır. Bu barədə yaxın günlərdə görüşlərə başlayacam. İcra hakimiyyətinin üzərinə tam məsuliyyəti qoymaqla da iş bitmir. Xarabazara çevrilmiş bir yeri abad yerə çevirmək üçün ya vəsaitin olmalıdır, ya da sehrbazlığın. Nə o var, nə də bu. İndi İmişli neyləsin?"

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...