Qalmaqallı kitabla bağlı AÇIQLAMA

07:36 12-08-2020 | icon 126 | Ədəbiyyat
Qalmaqallı kitabla bağlı AÇIQLAMA

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  bu gün KİV-də və sosial şəbəkələrdə uşaq ədəbiyyatının spesifik xüsusiyyətlərinə və ona olan tələblərə uyğun gəlməyən, lakin uşaq auditoriyası üçün nəzərdə tutulduğu qeyd edilən “Qaz ilə göyərçinin əhvalatı” adlı kitabla bağlı məlumat yayıb.

 

Versus.Az-ın məlumatına görə, Qurumdan verilən məlumatda bildirilir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğu iddia edilən şairə Aygün Bal müəllifi olduğu kitabında uşaqların yaş xüsusiyyətlərini, həmçinin seçdiyi mövzunun didaktik və tərbiyəvi əhəmiyyətini nəzərə almayıb:

 

"Şübhəsiz ki, bədii ədəbiyyatın tərkib hissəsi olan uşaq ədəbiyyatı birbaşa təlim-tərbiyə və yeni nəslin ədəbi zövqünün formalaşması vasitələrindən biridir. Məhz bu səbəbdən hər bir ədəbi nümunə gələcəyimiz olan övladlarımızın formalaşması işinə öz müsbət təsirini göstərməklə yanaşı, həm də uşaq psixologiyasına və marağına müvafiq məzmunda və üslubda yazılmalıdır. Adıçəkilən çap məhsulunda istifadə olunan ifadələrin azyaşlı uşaqlara göstərə biləcəyi mənfi təsirləri nəzərə alaraq vəsaitin istifadəsinin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun gəlmədiyini qeyd etmək lazımdır. 

 

Belə ki, ailə institutunu nüfuzdan salan infornasiyalar uşaqlar arasında dövriyyəsi qadağan olunan informasiyalar sırasına aid edilib. "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən həmin informasiya məhsullarının uşaqlar arasında yayılması qadağandır. Həmçinin, bu qanunun tələblərinə zidd olaraq sözügedən "kitab" ekspert rəyi olmadan çap edilib.

 

Məlumat üçün bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin 388-2.0.2-ci maddəsinə əsasən informasiya məhsulunun “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən həmin Qanunla müəyyən edilmiş hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayılmasına görə inzibati məsuliyyət nəzərdə tutulub.

 

Nazirlər Kabinetinin 29 iyul 2020-ci il tarixli 267 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları”na əsasən informasiya məhsullarının ekspert rəyi olmadan yayılması inzibati məsuliyyətə səbəb olur.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq uşaqların istifadəsi üçün bu kimi informasiya məhsullarının yayılmasını məqsədəuyğun olmadığını vurğulamaqla yanaşı, bu barədə məlumatların yayılmasına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırırıq".

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Kuzey Kıbrıs Türk Cümhuriyətinin tanınması siyasi məsələdir - MÜSAHİBƏ

Müəllim şagirdi döyərək öldürdü

Aysberq hər kəsin gözü qarşısında çevrildi - VİDEO

QAFAR İSKƏNDƏROV YAZIR: Prezidentin fərman və çıxışlarını bu kimi hakimlər saymırlar

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

İtmiş oğullarına 38 ildən sonra qovuşdular - VİDEO

Koronavirusla bağlı SON STATİSTİKA

Prezidentin və I Vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir

Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarlanıb

Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

Yağış yağacaq, dolu düşəcək

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə ÇAĞIRILIR

XİN şəhid hərbçimizlə bağlı məlumat YAYDI

"Emmi" mükafatının QALİBLƏRİ