“Müraciət etsinlər, biz də kadrlarımızı verək”

10:42 12-08-2020 | icon 399 | Siyasət
 “Müraciət etsinlər, biz də kadrlarımızı verək”

Fuad Əliyev: "Kadr təyinatında idarəetmə qabiliyyəti və təcrübə əsas götürülməlidir"

 

Azərbaycanda icra başçılarının fəaliyyəti hər zaman müşahidə olunub. Hamısına aid edilməsə də, onların əksərinin savadsız olmaları, rüşvətxorluq, korrupsiya hallarına yol vermələri barədə fikirlərə tez-tez rast gəlirik. Son aylarda bir neçə rayonun icra başçısının həbs olunmasının da şahidi olduq. Onlara bu qədər dözümlü yanaşılmasının səbəbləri barədə də müzakirələr gedir, suallar verilir. Bu müzakirələrdə hakimiyyətin gənc kadrlarla bağlı qıtlıq yaşadığını düşünənlər də var, bunun əksini deyənlər də... 

 

Bəs  müxalifətin bu istiqamətdə təklifi varmı? Onlar necə düşünür? Versus.Az xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev açıqlmasında kadr üçün iqtidarın müxalifətə müraciətini vacib sayıb.

 

Fuad Əliyev qeyd edib ki, hakimiyyət iki ildir ki, kadr islahatı aparır, artıq yaşlaşmış məmurları nisbətən gənclərlə əvəzləyirlər. Onların da hardasa 30-40 yaşları var:

 

"Yəni ki, onlar Azərbaycanın müstəqillik dövründə böyüyüblər və çoxu xaricdə təhsil alıblar. Nəzərə alsaq ki, xaricdə oxuyanların əksəri varlı ailələrin uşaqlarıdırlar, onların da bir çoxunda normal savad yoxdur. Bir də xaricdə təhsil almaq, hələ o demək deyil ki, onlar idarəçiliyi bilirlər. İdarəçilik böyük bir məktəbdir. Sovet sistemində hansısa vəzifəyə təyinata öncə kadrın idarəetmə təcrübəsi əsas götürülürdü, idarəetmə qabiliyyətinə, təşkilatçılıq amillərinə üstünlük verilirdi. Düzdür, bu gün o sistem deyil, kadr islahatı prosesində yalnız xaricdə təhsil almaq, dil bilmək prinsipi əsas götürülür. Hesab edirəm ki, bu düzgün yanaşma deyil. Bu gün ölkəmizdə xarici dil bilən on minlərlə gənc var, xaricdə təhsil almadıqlarından irəli çəkilməyiblər".

 

ALDP sədri vurğulayıb ki, hakimiyyətin bilikli ehtiyat kadrları yoxdur. İllər boyu icra strukturlarında yerdəyişmə olub:

 

"Məmur üçün 5-7 il bəs edir ki, öz iş potensialını ortalığa qoysun. Bu illərdə o çalışır ki, bir iş görsün. Əgər 5-7 ildən sonra o vəzifədə qalırsa, artıq öz maraqlarına xidmət edir. Bizdə isə 20 ildən çox vəzifədə olanlar var. Hətta 20 il parlamentə gedib-gələn deputatlar var. Fikrimcə, kadrın təyinatında onun idarəetmə qabiliyyəti və təcrübəsi əsas götürməlidir. Burada bütövlükdə sistem dəyişməlidir. İnsanların təfəkkürü, onların hadisələrə yanaşmaları dəyişilməlidir. Məmurlar başa düşməlidirlər ki, onlar dövlət qulluqçularıdılar. Məmurun təfəkkürü xalqa və dövlətin sevgisinə istiqamətlənməlidir. Öz xalqını və dövlətini sevən adam rüşvət və korrupsiyadan uzaq olar.

Dəfələrlə təklif vermişəm ki, müxalifət daxilində savadlı, idarəçiliyi və işini bilən mütəxəssis kadrlar var. Müraciət etsinlər, biz də kadrlarımızı verək. Bu dövlət hamımızındır”. /"yeni müsavat"/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi