Quyu qazan kəndli tarixi nümunələr tapdı

11:53 12-08-2020 | icon 1828 | Cəmiyyət
Quyu qazan kəndli tarixi nümunələr tapdı

Cəlilabad rayonunun Alar kənd sakini həyətyanı sahədə təsərrüfat quyusu qazarkən maraqlı mənzərə ilə qarşılaşıb.

 

Versus.Az xəbər verir ki, qazıntı aparılan ərazidə tarixi mədəniyyət nümunələri aşkarlanıb.

 

Tapıntılar rayon sakini Afəddin Mirzəyevə məxsus həyatyanı sahədə aşkar olunub. Tarixi qalıqlar, əsasən, təsərrüfat kürəsi və müxtəlif məişət əşyalarının qalıqlarından ibarətdir.

 

Məlumata görə, XI-XII əsrə aid olduğu ehtimal edilən kürələrdən müxtəlif saxsı qabların hazırlanmasında istifadə olunub.

 

Bunu kürənin ətrafında olan kül qalıqları da sübut edir. Bu tip tapıntıların aşkarlanması orta əsrlərdə bu ərazidə dulusçuluq sənətinin yüksək səviyyədə inkişafından xəbər verir.

 

Mütəxəssislərin fikrincə, sözügedən tapıntılar yalnız bir mədəni təbəqənin qalıqlarından ibarət ola bilər. Çünki bu ərazilər uzun müddət bataqlıqlardan ibarət olduğundan, fasiləsiz həyatın uzun zaman davam etməsi mümkünsüz görünür. Mövcud tapıntının araşdırılması isə orta əsrlərlə bağlı geniş tarixi məlumatları üzə çıxara bilər.

 

Qeyd edək ki, tapıntı Cəlilabadda orta əsrlərə aid sayca ikinci istehsal kürəsi hesab olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...