“Mülki qeyimli şəxslər imzatoplayanlara hədə-qorxu gəliblər”

16:17 22-02-2018 | icon 487 | Siyasət
“Mülki qeyimli şəxslər imzatoplayanlara hədə-qorxu gəliblər”

“Mən o yazılara heç fikir də vermirəm”

Versus.Az Prezidentliyə namizəd, ALDP sədri Fuad Əliyevin müsahibəsini təqdim edir.

– Fuad müəllim, artıq seçkilərə start verilib və imzatoplama kampaniyası başlanıb. Necə gedir bu kampaniya?

–  Bəli, imzatoplama kampaniyası başlanıb. 100-dən çox partiya fəalı 80 dairədə imzatoplama kampaniyasına qoşulub. İlk günlərdə problemlərin olmamasını qeyd edsək də, fevralın 21-i, axşam saatlarında partiyanın Mərkəzi Seçki Qərargahına (MSQ) Şamaxı və İsmayıllıdan təzyiqlərlə bağlı məlumatlar daxil oldu. Mülki qeyimli şəxslər imzatoplayanlara hədə-qorxu gələrək, onları olduğu küçələrdən getməyi məcbur etdilər.

–  Sizcə bunu kim edə bilər? İcra nümayəndələri, polis…

– Bununla bağlı indi qəti söz deyə bilmərəm. MSQ bu məlumatı araşdırır. Vətəndaşları belə bir vəziyyətə salıblar ki, hər şeydən qorxurlar. Ola bilər ki, araşdırmadan imza verməkdən imtina ediblər və həmin ərazini tərk etməyə məcbur ediblər. Ola bilər ki, siz deyən nümayəndələrin adamlarıdır.

– Sosial şəbəkələrdə sizi tənqid edənlərin əksəriyyəti fikirlərinizi yox, seçkilərdə iştrakı, çəkinin artıq olunmasını daha çox qeyd edirlər. Maraqlıdır, sizin buna münasibətiniz necədir?

– Normal münasibətdi. Hər bir kəs öz səviyyəsini göstərir. Müsahibəni oxumamış, fikirlərimlə tanış olmamış rəylər yazırlar. Yenə də deyirəm, dediyim fikirlərlə razılaşmamaq olar, tənqid etmək olar, amma təhqirlərə keçmək olmaz. Təhqirə təhqirlə cavab verəndə onda sən də onların “plintusdan” aşağı olan səviyyəyə düşürsən. Ona görə mən o yazılara heç fikir də vermirəm. Artıq çəki məsələsinə gəlincə, bunu mən özüm də bilirəm. Sadəcə, bunu bir dəfə müsahibələrin birində demisdim ki, idmanla məşğul olmuşam və bir ildən çoxdur ki, üzgüçüliyə getmirəm. İdmanla məşqul olanlar bilirlər ki, idmanda uzun fasilə verəndə çəki artır. İnşallah seçkilərdən sonra vaxt tapıb yenidən üzgüçülüyə gedərəm. Bunu mənə hər dəfə yada salanlara da minnətdaram ki, mənim səhhətimlə maraqlanırlar. Bir məsələ də var. Mən inanmıram ki, Çörçilə, Xruşşova, Turqut Ozala kimsə desin ki, arıqla, sonra seçkidə iştirak et.

– Fuad müəllim, qeyd etdiyiniz təzyiqlər, pozuntular davam olunsa, bununla bağlı MSK-ya şikayət edəcəksiniz? Ümumiyyətlə, bu kimi hallar seçkilərdə iştirakla bağlı qərarınıza təsir edə biləcəkmi?

– Sozsüz ki, belə davam olunsa çalışacağıq ki, bunları qeydiyyata alaq və rəsmi şəkildə MSK-ya təqdim edək. Seçkilərdə iştrakın dayandırılmasını da istisna etmirəm. Hər şey yaxın 10-15 gün ərzində aydın olacaq.

– Keçən il aprelin 12-də keçirilən partiyanın V Qurultayında namizədliyiniz irəli sürülmüşdü. Çıxışınızda qeyd etmişdiniz  ki, ilin axırında növbədənkənar prezident seçkiləri keçirilə bilər. Növbədənkənar seçkilər keçən il dekabr ayında keçməsə də, bu il aprel ayına təyin olundu. Sizcə seçkilərdən sonra bu il növbədənkənar parlament seçkiləri olacaqmı?

– Bəli, mənim fikrimcə, növbədənkənar parlament seçkiləri keçiriləcək. İlin axırına qədər bu baş verə bilər. Yeni seçilən prezidentin səlahiyyəti buna əsas verir. Yeni prezident, yeni hökumət və yeni parlament.

ALDP Mətbuat Xidməti
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”