"Hər şey hakimiyyətin mövqeyindən asılıdır"

15:10 13-08-2020 | icon 284 | Siyasət
"Hər şey hakimiyyətin mövqeyindən asılıdır"

Fuad Əliyev: "Seçkilərin keçirilməsinə qərar versələr, biz də öz qərarımızı verəcəyik"

 

116 saylı Qəbələ seçki dairəsinin deputatının vəfatından sonra Milli Məclisdə boş qalan yerlərin sayı 5-ə yüksəldi. Bundan öncə 9 fevralda keçirilən parlament seçkilərindən sonra 33 və 35 saylı Xətai, 74 saylı Lənkəran kənd, 80 saylı İmişli-Beyləqan seçki dairələrinin nəticələri ləğv olunmuşdu.

 

Hazırda 200 mindən çox seçici deputatsız qalıb. Boş qalan dairələrdə seçkilərin nə zaman baş tutacağı məlum deyil. Hətta bu prosesin baş tuta bilməyəcəyi ehtimalları da meydana çıxıb. Bu da təsadüfi deyil. Çünki hakimiyyət dəhlizlərində bu barədə “pıçıltı” belə eşidilmir. Çoxları koronavirusun seçkiləri ləngitdiyini, ən azından 5 dairənin bu il deputatsız qalacağını düşünür.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev məsələ ilə bağlı açıqlamasında bildirib ki, hər şey hakimiyyətin mövqeyindən asılıdır:

 

"Qərarı dövlət başçısı verir. Keçən parlamentdə bir neçə yer boş qalmışdı. Amma seçkilər keçirilmədi. Ola bilər ki, bu dəfə də belə olsun. Bizlər seçkilərdə iştirakın tərəfdarıyıq. Seçkilərin keçirilməsinə qərar versələr, biz də öz qərarımızı verəcəyik. İndi 200 min seçicinin problemlərini Milli Məclisdə qaldıran deputat yoxdur. Ona görə də biz hələ 2002-ci ildən proporsional seçki sisteminin ləğvinə yox demişik. İllər boyu bu sistemin bərpasını istəmişik. Bir neçə dəfə bununla bağlı kampaniya da aparmışıq. Proporsional seçki sistemində boş qalan deputat yerini digər namizədlə əvəz etmək olur. Yəni siyahıda seçilən deputatdan sonra olan namizəd onun yerinə keçir. Yəqin ki, yaxın gələcəkdə proporsional seçki sistemi bərpa olacaq. ALDP olaraq, seçkilərin yüz faiz bu sistemlə keçirilməsinin tərəfdarıyıq”. /"yeni müsavat"/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hepatitlə bağlı hər kəsi maraqlandıran AÇIQLAMA

"“Kütləvi informasiya vasitələri haqqında” qanun YENİLƏNMƏLİDİR"

Daha iki qərar ləğv edildi

Məktəblərlə bağlı gözlənilməz AÇIQLAMA

11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının NƏTİCƏLƏRİ

İki başlı uşaq doğuldu - FOTO

Bu gün Milli Musiqi Günüdür

DİM-dən abituriyentlərə XƏBƏRDARLIQ

Şəhadətin mübarək, ŞƏHİDİM

İntihar edən müəllim intim şəkilləri ilə ŞANTAJ OLUNUBMUŞ

Kuzey Kıbrıs Türk Cümhuriyətinin tanınması siyasi məsələdir - MÜSAHİBƏ

Qaraciyər xəstələri və hepatitlər üçün - ÜZÜMLƏ DETOKS

Müəllim şagirdi döyərək öldürdü

Aysberq hər kəsin gözü qarşısında çevrildi - VİDEO

QAFAR İSKƏNDƏROV YAZIR: Prezidentin fərman və çıxışlarını bu kimi hakimlər saymırlar