"Xalqı aşağılayırlar, bəs görəsən bunların lideri Rüstəm bəy niyə susur?"

11:10 14-08-2020 | icon 492 | Siyasət
"Xalqı aşağılayırlar, bəs görəsən bunların lideri Rüstəm bəy niyə susur?"

FUAD ƏLİYEV: "Gündəmdə qalmaq üçün özlərinin səviyyələrinə uyğun “Rüstəm maski şou"da iştirak edirlər"

 

Milli Şuranın (MŞ) Koordinasiya Mərkəzinin “zoom müşavirəsi”ndə hiddət doğuran fikirlər səsləndirilib. Videonun mərkəzi nöqtəsində isə Amerikada yaşayan Milli Şuranın sədri Cəmil Həsənli yer alıb. O, amerikalılarla müqayisədə azərbaycanlıları şüursuz adlandırıb.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev açıqlamasında Rusiyada yaşayan MŞ-nin fəxri sədri Rüstəm İbrahimbəyova yönəlik bəzi suallar ünvanlayıb.

 

Partiya sədri bundan öncə də bu Şuranı ”Rüstəm maski şou"su adlandırdığını vurğulayıb:

 

"Bunlar bu qədər xalqı aşağılayırlar, bəs görəsən bunların lideri Rüstəm İbrahimbəyov niyə susur? Özünü ziyalı hesab edən İbrahimbəyov susmaqla nə demək istəyir? Yəqin ki, Milli Şuranın keçmiş sədri, hazırda da lideri olan Rüstəm İbrahimbəyov elə bunlarla həmfikirdir. Tovuzda ermənilər tərəfindən törədilən təxribatla bağlı niyə öz fikrini bildirmədi? Hakimiyyət bunların şəxsi maraqlarını təmin edəndə, özlərinə saxta pensiya kəsəndə yaxşıdır, amma bunların maraqlarını təmin etməyən kimi “müxalifət”ə keçirlər. İndi də gündəmdə qalmaq üçün özlərinin səviyyələrinə uyğun “Rüstəm maski şou"da iştirak edirlər".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi