Erməni lobbisi ittiham edilib

12:13 14-08-2020 | icon 607 | Dünya
Erməni lobbisi ittiham edilib

Avqustun 13-də Niderland Krallığının Haaqa şəhərində Avropa Azərbaycanlıları Konqresi (AAK) erməni lobbisinin dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş cəhdləri ilə bağlı mətbuat konfransı keçirib.

 

“Nieuwspoort” Beynəlxalq Media Mərkəzində təşkil olunan mətbuat konfransında Avropanın bütün ölkələrindən dəvət olunmuş jurnalistlər və bir sıra rəsmi şəxslər istirak ediblər.

 

Tədbirdə çıxış edən AAK prezidenti Sahil Qasımov bildirib ki, Avropada pandemiyanın tüğyan etməsinə və havaların həddən artıq isti keçməsinə baxmayaraq, mətbuat konfransının təşkil edilməsinə böyük ehtiyac yaranıb. Buna səbəb Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədinə xaincəsinə hücum edən ermənilərin bu hərbi təxribatlar haqqında dünya mətbuatında uydurma və yalan məlumatlar yayması olub. Halbuki öz havadarlarına arxalanan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dövlət sərhədinə hücum edərək hərbi təxribatlar törətməsi artıq heç kimdə şübhə doğurmur.

 

Bundan başqa, Avropanın və Amerikanın müxtəlif şəhərlərində faşist mahiyyətli Ermənistanın ölkəmizə qarşı işğalçı və təcavüzkar siyasət aparmasına haqlı olaraq etiraz səsini ucaldan azərbaycanlılar erməni təxribatçılarının milli etnik və nifrət zəminində hücumlarına məruz qalırlar. AAK ermənilərin soydaşlarımıza qarşı törətdiyi cinayətlərlə bağlı faktlara, dəlil və sübutlara malikdir.

 

Qeyd edilib ki, Ermənistanın tamamilə ifşa olunduğunu görən erməni lobbisi və jurnalistləri indi də informasiya təxribatları və dezinformasiyaları ilə dünya ictimaiyyətini çaşdırmağa cəhd edirlər. Bu yolverilməzdir. Çünki Azərbaycan torpaqlarının 20 faizi artıq 30 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal olunub. BMT-nin, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz ölkəmizin işğal olunmuş ərazilərini tərk etməsi tələbinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi indiyədək həll olunmayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür