Əli Ağalarov A.LI təxəllüsü ilə ilk trekini təqdim etdi - VİDEO

14:02 14-08-2020 | icon 1003 | Şou-biznes
Əli Ağalarov A.LI təxəllüsü ilə ilk trekini təqdim etdi - VİDEO

Emin Ağalarov və Leyla Əliyevanın oğlu musiqiçi fəaliyyətinə başladı.

 

Versus.Az xəbər verir ki, bu gün A.LI yaradıcı təxəllüsü ilə müasir rep üslubundakı «Еду на капоте» - "Kapot üstündə gedirəm” adlı ilk mahnısını təqdim edib.

 

Əli uzun müddətdir ki musiqi və yaradıcılıqla maraqlanır, Elcey və Fironun ifa tərzini sevir və atası ilə birlikdə mütəmadi olaraq Bakıda keçirilən JARA festivalının qırmızı xalısında görünür. Bu, gənc ifaçının debüt işidir və yaxın günlərdə «Еду на капоте» mahnısına klip də çəkiləcək. "Mən musiqini, xüsusən də rep və “anderqraund” üslublarını çox sevirəm və bu janrda new school (Firon, Elcey və Morgenshtern) kimi yeni bir istiqamət ortaya çıxınca, musiqi ilə özüm məşğul olmağa qərar verdim. Atam sənətkardır və nümunələri ilə məni ruhlandırır.

 

Mən həqiqətən yaradıcılığı sevirəm və məhs sevdiyim iş ilə məşğul olmağımdan məmnunam. Mən hamıya tənbəl olmamağı və bəyəndiyi işlə məşğul olmağı tövsiyə edirəm! "- Əli təəssüratlarını bölüşdü.

 

"Uşaqlıqdan bəri Əlini musiqi və yaradıcılıq cəlb edir və ümid edirəm ki, onun ilk addımları və təcrübələri gənc tamaşaçı auditoriyası tərəfindən bəyənələcək. Maraqlıdır ki, bu işdə mən ona heç bir təyiq göstərməmişəm, amma özü,müstəqil olaraq, maraq və istəklərini göstərir. Əlinin məqsədyönlü olduğu və işinə olan həvəsi məni çox sevindirir, və bu belə olduğu halda bir ata kimi mənim də rolum ona hər cür kömək etməkdən ibarətdir " – Emin dedi.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”