"Bir səfir üçün əsl rüsvayçılıqdır"

12:29 15-08-2020 | icon 706 | Siyasət
"Bir səfir üçün əsl rüsvayçılıqdır"

Əlisahib Hüseynov: "Bu, Eldar Həsənovun öz işinin öhdəsindən layiqincə gələ bilməməsinin nəticəsidir"

 

"Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən şübhəli şəxs qismində tutulmasına müxtəlif rakurslardan yanaşmaq olar və bu barədə cürbəcür sübyektiv mülahizələr irəli sürmək olar".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında DADP sədri Əlisahib Hüseynov bildirib.

 

"Faktları, həqiqətləri heç kim inkar edə bilməz" deyən partiya sədri qeyd edib ki, fakt isə budur ki, Tovuz döyüşlərindən sonra Serbiyanın Ermənistana silah göndərməsi bir səfir kimi bilavasitə Eldar Həsənovun öz işinin öhdəsindən layiqincə gələ bilməməsinin nəticəsidir:

 

"Daha doğrusu, bu bir səfir üçün əsl rüsvayçılıqdır. Üstəgəl, XİN sistemində maliyyə yoxlamaları zamanı səfir Eldar Həsənov tərəfindən xeyli miqdarda büdcə vəsaitinin başqa təyinat üzrə istifadə edilməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələrin ortaya çıxması faktını da bura əlavə etsək, deməli, həbslər bununla bitməyəcək. Bu gedişlə Xarici İşlər Nazirliyi sistemində və bütövlükdə ölkənin diplomatik korpusunda yeni həbslərin davam etməsi mümkündür. Eldar Həsənovun həbsi ölkə diplomatiyasının şübhəli şəxslərdən, uğursuz kadrlardan, öz işinin öhdəsindən gələ bilməyən diplomatlardan təmizlənməsi prosesinin davamıdır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?