Xarab dişlər orqanizmdə hansı zərərləri yaradır?

21:18 15-08-2020 | icon 3648 | Sağlamlıq
Xarab dişlər orqanizmdə hansı zərərləri yaradır?

Nərminə Abbasova: “Əgər dişlərin vəziyyəti pisdirsə, ürək xəstəliyinə tutulma riski artır

 

Son illər insanların ən çox növbədə dayandıqları yerlərdən biri də stomatoloji kabinetlərdir. Statistikaya görə, hazırda Azərbaycanda əhalinin 95 faizinin dişində sərt toxumaların dağılması - kariyes var. Bu sıraya digər ağız boşluğu xəstəliklərini də əlavə etmək olar. Bəs diş xəstəliklərinin belə geniş yayılmasına səbəb nədir?

 

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt NƏRMİNƏ ABBASOVA Versus.Az-a Xarab dişlərin orqanizmdə yaratdığı zərərlərdən danışıb.

 

Nərminə Abbasova bildirib ki, maddələr mübadiləsinin pozulması və qidalanma faktoru diş xəstəliklərinin yaranmasında başlıça səbəblərdir. Həkim vurğulayıb ki, ilk növbədə qidalanma ekolgoji baxımdan təmiz və sağlam olmalıdır. Digər mühüm səbəb isə içdiyimiz suyun yodsuz olmasıdır.

 

Hazırda ölkəmizdə ya biganəlik, ya da imkansızlıq səbəbindən ağzında illərdir bir neçə çürük dişi olan insanların olduğunu vurğulayan Nərminə xanım qeyd edib ki, dişin tökülməsində psixoloji faktor da var:

 

“Sosial-iqtisadi formasiyanın dəyişməsi, kecid dövrü, sisteminin oturuşmaması demək olar ki, hər ailədə əsəb gərginliyi, problemlər yaradır. Xüsusilə, sosial-iqtisadi cəhətdən təmin olunmayan təbəqə çoxluq təşkil etdiyi üçün o insanlar vaxtlı-vaxtında meyvə-tərəvəzdən istifadə edə bilmir, orqanizmdə bunların defisiti yaranır. Bunlar diş, ağız boşluğu xəstliklərinin, o cümlədən ən çox qarşılaşdığımız kariyes xəstəliyinin yaranmasına gətirib çıxarır”.

 

Nərminə Abbasova dişdəki problemlərin digər orqanlara zərərindən də danışdı. Bildirdi ki, əgər dişlərin vəziyyəti pisdirsə, ürək xəstəliyinə tutulma riski artır. Çünki dişlərin nizamlı olaraq fırçalanmaması dişəti qanamalarına yol açır. Bu da ağızdakı yüzlərlə bakteriyaların qan damarlarına girməsinə səbəb olur. Həmin bakteriyalar qan laxtalanmasını yaradan hissələrə yapışaraq qanın ürəyə çatmasına mane olur və infarkt riskini artırır:

 


“İnsan bədənində ən çox mikrobun olduğu orqanlardan biri də ağızdır. Ağızdakı müəyyən bir xroniki infeksiya mərkəzlərinin yaranması orqanizm üçün bir infeksiya qaynağıdır. Çürük bir dişdə yaranan iltihab prosesi qonşu toxumaları da korlayır. Dişin kökündə hər hansı bir xəstəliyin yaratdığı infeksiya və mikroorqanizmlər qan yoluyla bədənin fərqli yerlərində iltihaba səbəb olar. Qana qarışan mikroblar ürək, böyrək və beynin fəaliyyətinə mənfi təsir edər”. 

 

Dişləri süni yolla ağartmağın zərərindən də danışan həkim bildirib ki, bu prosesdən sonra dişlərdə ciddi fəsadlar da yaranır:

 

“Bir sıra daha radikal metodlar var ki, bu zaman müxtəlif turşu qarışıqlı mayelərdən istifadə olunur. Dişin minasının üstündən bir qat götürülür, aşılanır, sonra isə o cilalanır. Bu üsul müəyyən fəsad verə bilər. Minanın üst toxumasını zədələmək olmaz. Ayrı-ayrı qarışıqlardan istifadə edilərək təhlükəsiz məcunların tətbiqi dişlərin ağardılmasına zərərsizdir. Dişləri tez xarab olanlar indi daha çox diş əkdirməyə üstünlük verirlər. Diş əkdirilməsi individual yanaşma tələb edir. İndoklin, ürək-damar və əsəb sistemində ağır xəstəlikləri olan insanlarda bu, çox ciddi fəsadlar yarada bilər. Materialın düzgün secilməməsi və əyyarının aşağı olması da fəsadlara yol aça bilər. İmplantlar müxtəlif ölkələrin cürbəcür materiallarından hazırlanır. Bunların içində daha çox titan əsaslı materiallar üstünlük təşkil edir. Deyə bilərəm ki, bunların elələri var 100 fazi təminatlıdır, eləsi də var müəyyən dərəcədə risklidir. Ümumiyyətlə, yad bir cismin insan bədəninə yerləşdirilməsi müəyyən fəsadlar yarada bilər, eynilə sonradan düzəldilən dişlər də”.

 

 

Son dövürlər anadangəlmə diş xəstəliklərinin kütləviləşdiyi də müşahidə edilir. Nərmnə xanım qeyd edib ki, uşaqlara ana südünün verilməməsi, eləcə də əmziklərdən, antibiotiklərdən istifadə olunması, infeksion xəstəliklər bu problemə gətirib çıxara bilər.

 

Bir müddət əvvəl insanların qızıl dişlərə daha çox üstünlük verdiyini vurğulayan Nərminə xanım hazırda daha çox estetik gözəlliyə üstünlük verildiyinin müşahidə olduğunu deyib:

 

 

“Ümumiyyətlə, bizdə insanların qızıl dişlərə üstünlük verməsi mentalitetlə bağlı olub. Vaxtilə Azərbaycan, xüsusilə Bakı və Bakıətrafı kəndlərdə qızıl dəb olub. Hətta qızları ərə verməmişdən əvvəl onların sağlam dişlərinı qızıl dişlə əvəz etdirirmişlər. Ağız boşluğunda arxa dişlərdə qızılın olması o qədər də pis əlamət sayılmaya bilər, çünki, qızılın antibakterioloji təsiri də var və ağız boşluğunda bəzi patagen bakteriyalarının öldürülməsinə kömək edə bilər”.

 

Həkim-terapevt ağız boşluğunda həm süd, həm də daimi dişlərin inkişafı mürəkkəb bir prosesdir. Onun sözlərinə görə, dişləri qorumaq lazımdır və bu bizim etmədiyimiz ən əsas məsələlərdən biridir. Həkim deyir ki, dişlərin proflaktikası diş mayasının əmələ gəldiyi və inkişaf etdiyi dövrdən başlayaraq insanın bütün həyatı boyu davam etdirilməlidir:

 

“İnkişaf etməkdə olan rüşeymin vəziyyəti hamilə qadının sağlamlığından və qidalanma xarakterindən asılıdır. Ona görə kariesin proflatikasının birinci mərhələsi ana olacaq qadının sağlamlığı qayğısına qalmaqdır. Hamilə qadının səmərəli rejimə riayət etməsi, xəstəlik baş verdikdə erkən diaqnostika və vaxtında mülaicə mühüm əhəmiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, bəzi dərman maddələrinin, o cümlədən formalaşan diş toxumalarında toplanmağa meyl göstərən “Tetraskilin”in qəbul edilməsini məhdudlaşdırmaq lazımdır. Hamilə qadınların qidasında geniş çeşidli zülal maddələri üstünlük təşkil etməlidir. Onların süd, pendir, habelə vitamin və  mineral kompenentlərlə zəngin tərəvəz, meyvə ilə qidalanmalarına xüsusi diqqət verilməlidir. Bundan əlavə, uşaq doğulandan sonra dişin sərt toxumalarının mükəmməl strukturunun formalaşması qida rasionundan asılıdır. Ana südü mükəmməl diş strukturlarının inkişafı üçün ən yaxşı şərait yaradır. Uşaq əmizdirən ana düzgün pəhriz saxlamaq qayğısına da qalmalıdır. Beş yaşdan sonra çıxan daimi dişlərin mükəmməl strukturlarının formalaşmasından ötrü hələ bir-üç yaşlarında olarkən uşaq üçün düzgün seçilmiş qida rasionunun mühüm əhəmiyyəti var”.

 

Həmsöhbətimiz xlorsuz suyun dişlərə xəstəlik gətirməsindən də bəhs edib. O, xlorun mineral maddə olduğunu və minanın yetişməsi və kariesə qarşı davamlı strukturların yaranmasında onun xüsusi rolu olduğunu vurğulayıb:

 

 

“Suyun 1 litrində 1 mq xlor olmalıdır. Bundan əlavə, diş pastalarının tərkibində də xlor olur. Tərkibində bu qədər xlor olan suyu içən şəxslər karies xəstəliyinə az tutulurlar. Məlumat üçün deyim ki, Ümumdünya Ticarət Təşkilatı dünyanın bütün ölkələrində içməli suyun xlorlaşdırlmasını məsləhət görür və ölkəmizin də bəzi yerlərində su xlorlaşdırılır. Yod çatışmayan rayonlarımızda, xüsusilə də Şəkidə yod çatışmazlığı kariesin yaranmasına səbəb olan proseslərdən biridir”.

 

Dişin proflaktikası üçün ən əsas qida rasionuna riayət etməyin vacib olduğunu qeyd edən həkimin sözlərinə görə, zülal, ağartı məhsulları ilə çox qidalanmaq və gigeyena qaydalarına düzgün riayət etmək lazımdır:

 

 

“Səhər və axşam dişlər yuyulmalıdır. Səhər tezdən yeməkdən sonra, axşam isə yatmazdan qabaq dişlər mütləq təmizlənməlidir. Yeməklərarası fasilələrdə isə dişlər yaxalanmalıdır. Dişlərin yuyulma qaydası ağız suyunun qatılığından da asılıdır. Ağız suyu qatı olan insanlar hər yemək yeyəndə dişlərini yumalıdır. Dişarası saplardan mütləq istifadə edilməlidir ki, atraksiyon hissələrdə qalan qida qalıqları tam təmizlənsin”.

 

Nəminə xanım onu da vurğuladı ki, tez-tez həkimə müraciət etmək, 3 və ya 6 aydan bir həkim müayinəsindən keçmək lazımdır:

 

 

“Həmin müayinə zamanı sanasiya aparılırsa, onda xəstə 6 aydan bir həkimə gələ bilər. Sanasiya o deməkdir ki, xəstənin bütün dişləri müayinə edilib, baxılıb və mülaicəyə alınıb. Elə xəstələr də var ki, onlar həkimə tez-tez müraciət edirlər. Bunun heç bir ziyanı yoxdur. Sadəcə, obyektiv müayinə zamanı kariesli boşluqlar aşkara çıxarılıb vaxtında müalicə olunur və dişin pulpası çox zədələnmir.

Ümumiyyətlə, həkimlər insanlara aşılamalıdılar ki, gigiyenik qaydalara, qidalanma rejiminə düzgün riayət etsinlər. Məsələn, çoxlu şirniyyat məhsulları yemək olmaz, yeyəndən sonra da mütləq dişləri yaxalamaq lazımdır. Dişdə yemək qırıntıları qalanda ərp əmələ gətirir, ərpin altında PH ağız suyunda dəyişir və bu da kariesin yaranmasına səbəb olur”.

 

Nərminə xanım bildirib ki, insanın daimi dişlərinin tez töküləməsinin səbəbi vaxtında həkimə müraciət etməməsi, orqanizmdə olan xroniki xəstəliklərlə bağlıdır. Onun sözlərinə görə, həkimə vaxtında müraciət edilərsə, bunun qarşısı alına bilər.

 

 

DİQQƏT:

 

Həkim-terapevt Nərminə Abbasova diş xəstəliklərindən müalicə olunmaq istəyənləri Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi