Bakı Olimpiya Stadionu dünyanın ən böyük 50 arenası SİYAHISINDA

01:10 16-08-2020 | icon 646 | İdman
Bakı Olimpiya Stadionu dünyanın ən böyük 50 arenası SİYAHISINDA

Dünyanın ən böyük stadionlarının siyahısı açıqlanıb.



Versus.az xəbər verir ki, Bakı Olimpiya Stadionu (BOS) da planetin ən çox azarkeş tutumuna malik 50 arenası sırasına düşüb.



Tutumu 69 min 870 nəfər göstərilən BOS dünyada 45-ci nəhəng stadiondur. 2015-ci ildə istifadəyə verilən Bakı Olimpiya Stadionunda ötən il Avropa Liqasının final matçı keçirilib, İngiltərə nəhəngləri "Çelsi" ilə "Arsenal" üz-üzə gəlib.



Dünyanın ən böyük arenası Şimali Koreyada yerləşən "1 May" stadionudur. Adıçəkilən stadion 114 min tamaşaçı tutumuna malikdir. Avstraliyadakı "Melburn Kriket Qraund" (100 min 24 nəfər) ikinci sırada qərarlaşır. İlk "üçlüy"ü 99 min 354 tamaşaçı tutumu ilə İspaniyanın "Nou Kamp" stadionu qapayır.


Məşhur arenalardan "Uembli" (90 min) siyahıda 6-cı, "Siqnal İduna Park" (81 min 365) 14-cü, "Stad De Frans" (81 min 338) 15-ci, "Santyaqo Bernabeu" (81 min 44) 16-cı, "Lujniki" (81 min) 17-ci, "Cüzeppe Meatsa" (80 min 18) 20-ci, "Marakana" (78 min 838) 25-ci, Atatürk Olimpiya Stadionu (76 min 92) 28-ci, "Old Trafford" (75 min 731) 29-cu, "Alyanz Arena" (75 min 24) 30-cu, Roma Olimpiya Stadionu (72 min 698) isə 37-ci pillədə yer alır. (APA)

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı