“Ermənistan bu dəfə də həddini aşır”

08:05 17-08-2020 | icon 383 | Dünya
“Ermənistan bu dəfə də həddini aşır”

“Ermənistanın Sevr sazişi haqqında yersiz mövqe bildirməsindən sonra Şərqi Aralıq dənizi ilə bağlı rəy verməyə çalışmasını növbəti həddini aşma və məsuliyyətsizlik hesab edirik. Burada məsələ Sevan gölü (Göyçə gölü) deyil, Şərqi Aralıq dənizidir”.

 

Versus.Az xəbər verir ki, Türkiyə Xarici İşlər nazirinin sözçüsü Hami Aksoy belə deyib.

 

Hami Aksoy bildirib ki, Ermənistanın coğrafi olaraq Şərqi Aralıq dənizi ilə heç bir əlaqəsi olmadığı üçün söz haqqına da sahib deyil:

“Necə ki, Fransanın, Birləşmiş Ərəb Əmirliklərinin Şərqi Aralıq dənizi ilə heç bir əlaqəsi yoxdur. Bu addım Türkiyəyə qarşı qurulmağa çalışılan növbəti məkrli ittifaqa Ermənistanın da daxil olması təəssüratına əsas verir”.

 

Diplomat bildirib ki, Türkiyə beynəlxalq hüququn tələbləri çərçivəsində Şərqi Aralıq dənizi sahillərində yaşayan Kipr türklərinin hüquqlarını qorumaq üçün qətiyyətlə mübarizəsini davam etdirəcək:

“Bunun qarşısını heç bir şər ittifaq ala bilməz. Bunun əksini düşünənlər, deməli, tarixdən heç bir dərs almayıblar. Yeri gəlmişkən, bir daha xatırlatmaq istərdik ki, bütün imkanlarımızla qardaş Azərbaycanın yanındayıq”. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”