DİN-dən velosiped sürənlərin cərimələnməsi ilə bağlı AÇIQLAMA

17:40 17-08-2020 | icon 559 | Hadisə
DİN-dən velosiped sürənlərin cərimələnməsi ilə bağlı AÇIQLAMA

Son vaxtlar yalnız paytaxt Bakıda deyil respublikanın digər şəhər və rayon mərkəzlərində də velosiped sürənlərin polis əməkdaşları tərəfindən saxlanılaraq cərimələnməsinə dair məlumatlara tez-tez rast gəlinir.

 

Bu, hansı zərurətdən irəli gəlir?

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Versus.Az-a bildirib ki, həmin şəxslər velosiped sürdüklərinə görə deyil, məhz qaydaları pozduqlarına görə barələrində inzibati tədbirlər görülür:

 

“Biz də vətəndaşlarımızın velosipeddən istifadə etmələrinin tərəfindəyik və alqışlayırıq da. Çünki velosipedin həm sağlamlığa müsbət təsiri var, həm də ekoloji baxımdan da olduqca sərfəli hərəkət vasitəsidir.

 

Lakin qanun velosipedi harada və necə gəldi sürməyə icazə vermir. Hərəkətin intensiv olduğu və sıxlıq olan yerdə velosipedin sürülməsi həm orada istirahət edən insanlara mane olur, həm də təhlükə yaradır. Dəfələrlə yol-nəqliyyat hadisələri qeydə alınıb ki, hadisəyə səbəb məhz velosipedçi olub.

 

Ona görə də velosipeddən istifadə edən vətəndaşlarımız mütləq qaydada qanun və qaydaya riayət etməli və velosipedi onlar üçün ayrılmış məkanlarda, ətrafdakı insanların, nəqliyyat vasitələrinin hərəkətinə mane olmayan daha təhlükəsiz yerlərdə idarə etməlidirlər.

 

Belə olarsa, onlar cərimələnmədən, öz həyatlarını təhlükəyə qoymadan velosipedlərini rahat şəkildə sürüb sağlamlıqlarının qayğısına qalmış olacaqlar. Bir daha vurğulayıram ki, barələrində inzibati tədbir görülənlər velosiped sürdüklərinə görə deyil, məhz qaydalara əməl etməyərək, velosipedlərini müəyyən edilməyən yerlərdə sürdüklərinə görədir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı