Zibilliyə çevrilən XIV əsrdə tikilən məscidin qarşısı təmizləndi

18:13 17-08-2020 | icon 684 | Cəmiyyət
Zibilliyə çevrilən XIV əsrdə tikilən məscidin qarşısı təmizləndi

“Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən XIV əsrə aid Nizaməddin məscidinin ətrafı zibildən təmizlənib”.

 

Versus.Az xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynlinin sözlərinə görə, hazırda xidmətin əməkdaşları ərazidədir:

 

“Abidənin ətrafına tökülən zibillər ərazidən yığışdırılır. Bir müddətdir ki, ətrafda yaşayan sakinlər həmin əraziyə zibil atırlar. Abidənin qarşısındakı zibillər bir neçə dəfə təmizlənib, sakinlərə də xəbərdarlıq olunub. Belə halların təkrarlanmaması üçün müvafiq dövlət orqanlarına da müraciət olunacaq”.

 

“Bir daha vətəndaşlarımızdan xaiş edirik ki, belə hallara yol verməsinlər. Abidələri qorumaq, onlara xətər yetirməmək hər bir vətəndaşın borcudur”, - deyə o əlavə edib. /oxu.az/

 

 

16:02

Bakıda tarixi abidə baxımsız vəziyyətdədir.

Oxu.Az-ın məlumatına görə, bu barədə fotolar sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, Suraxanı rayonu, Əmircan kəndində yerləşən XIV əsrdə yonulmuş əhəng daşından tikilən məscid baxımsız haldadır.

Əmircan kəndinin adlı-sanlı şəxslərindən olan Əmir Nizaməddinin təşəbbüsü ilə inşa edilən məscidin qarşısı zibillik kimi istifadə olunur. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...