“Artıq çəki varsa, bunun mütləq şəkildə bir səbəbi və çözümü var”

08:41 18-08-2020 | icon 2184 | Sağlamlıq
“Artıq çəki varsa, bunun mütləq şəkildə bir səbəbi və çözümü var”

Rəna Bayramova: “İnsanı kökəldən yağ deyil, orqanizmə yağ lazımdır”

 

“Qidalanmaqdan danışan zaman ilk növbədə qidalanma səhvlərini bilmək lazımdır. Çünki bir çox insanlar ya səhər gec oyanırlar, ya tətildə olurlar, ya da ki, iştahları olmur deyə səhər yeməyi yemədən evdən çıxırlar. Bəziləri “işdə bir şey atışdıraram” bəhanəsi ilə işə gəlir, işdə də daha çox şirin şeylər yeyirlər. Günorta yeməyini hətta gecikdirib, bir azdan yeyərəm deyənlər də, olur. Günorta daha çox yüngül “fast food” yeməklərinə üstünlük verirlər. Ancaq axşam evə gələn zaman “onsuz da bütün gün heç nə yeməmişəm ki” düşüncəsi ilə qida qəbul edirlər”.

 

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının Pediatr Kliniki dietoloqu Dr.RƏNA BAYRAMOVA bu dəfə Versus.Az-ın oxucularına qida mədəniyəti haqqında danışıb.

 

 

Rəna xanım qeyd edib ki, şirin qidalar, “fast food” yeməklər və axşam həddən artıq qəbul edilən yeməklər müəyyən zamandan sonra artıq çəki formasında qayıdır:

 

“Bu ilk səhv. Daha sonra şirin qazlı içkilərə üstünlük verirlər ki, bu da ikinci səhvdir. Son zamanlar isə daha çox aktivləşən problem odur ki, fiziki aktivlik çox azalıb. Yaşadığımız bu karantin dövründə isə insanlarımız ümumiyyətlə tənbəlləşib. Əslində isə evdə qala-qala fiziki hərəkətlərə üstünlük verilə bilər. Ümid edirəm ki, artıq yumşalmada olan karantin qadağalarının ləğvi bu tənbəlliyi aradan götürəcək və hər kəs fiziki aktivliyini artırmağa başlayacaq”.

 

 

Dietoloqun fikrincə, sağlam qidalanmaq üçün ilk növbədə səhər yeməyi yeyilməlidir:

 

“Heç bir bəhanə eləmədən səhər normal qidalanın ki, axşamdan yatan maddələr mübadiləniz sürətlənsin. Səhərlər daha yaxşı olar ki, şirniyyat, meyvə yeməyəsiniz. Nəzərinizdə saxlayın ki, acqarına yeyilən meyvə şəkər xəstəliyinə göndərdiyimiz dəvətnamədir. Klassik səhər yeməyi belə ola bilər: yumurta, süzmə, pendir, yüngül kəpəkli bir tost. Hər dəfə qida qəbul edən zaman balans, dəngəli bəsləmə olmalıdır. Dəngəli bəsləmə odur ki, düzgün saatlarda həm protein, həm karbohidrat, həm yağ almalıyıq. Məsələn, səhər yumurta yeyib proteinimizi aldıq, günorta yağ olaraq bir barmaq qədər nehrə yağı yeyə bilərik. Zeytun, ya qoz da ola bilər. Karbohidrat olaraq isə çörək yeyə bilərik. Gündəlik qida rasionumuzun 55 %-i karbohidrat, 15-20%-i protein, qalan faizini isə yağ təşkil etməlidir. Çox adam yağ yemir, əvəzinə şirniyyat yeyir. İnsanı kökəldən yağ deyil, şirniyyatdır. Orqanizmə yağ lazımdır. Yağ yeməyən adamlarda bir müddət sonra vitaminlərin yoxluğu müşayiət olunur”.

 

 

R.Bayramova deyir ki, meyvə və tərəvəz yemək lazımdır. Bunun çox önəmli olduğunu vurğulayan dietoloqun sözlərinə görə, əgər kimdəsə artıq çəki varsa, bunun mütləq şəkildə bir səbəbi və çözümü var, bunu araşdırmaq lazımdır:

 

 

“Arıqlamaq isə möcüzə deyil, yetər ki, istəyiniz olsun. Bir sözlə, səhər yeməyi yeyilməlidir, ara önləri olmalıdır. Məsələn, səhər yeməyi və nahar arası meyvə, çərəzlər və s. yeyilməlidir. Ümumiyyətlə, gündə ovuc içi qədər çərəz yeyilməlidir. Onu da deyim ki, gecə saatlarında meyvə yemək olmaz, çalışın meyvəyə tələbatınızı saat 18:00-a kimi ödəyəsiniz. Elə insanlar var ki, deyir saat 18:00-dan sonra heç nə yemirəm ancaq meyvə yeyirəm. Bu da düzgün deyil. Çünki meyvə fruktozdu, qan şəkərinizi sürətlə çoxaldır. Qan şəkəri qalxan zaman mədəaltı vəzi insulin ifraz edir. Çiy yeyə bildiyiniz tərəvəzləri çiy, qabıqla yediyiniz meyvələri isə qabıqla yeyin.

Hər gün 8-10 stəkan su içilməlidir ki, orqanizm öz işini rahat görsün. Hər gün 45 dəqiqə fiziki aktivlik - üzgüçülük, piyada gəzmə, tennis və s. - təmin olunmalıdır. Yüksək qlesimik indeksi olan meyvələri çox qəbul etməyin. Məsələn, qarpız yeyən zaman yanında bir dilim yağsız, duzsuz pendir, bir-iki qaşıq süzmə yeyin. Bu zaman şəkərinizi yüksəltməmiş olarsız. Bütün günü heç nə yemədən qarpız, çörək, pendir yesəniz əksinə, kökələcəksiniz”.

 

 

Həkim-dietoloq xanımlara da məsləhətlərini verdi. Xanımları tənbəl olmamağa çağıran həkim deyir ki, özünüz sağlam qidalanın ki, övladınız da sağlam qidalasın:

 

“Qida mədəniyyəti ailədən formalaşır. Uşağa dadını öyrətdiyiniz ziyanlı şeyləri daha sonra övladınızın sizdən istəməsi təbii ki, çox normaldır. Ev işləri görün, özünüzə çox zaman ayırın, hazır, paket yeməklərdən uzaq qaçın. Müəyyən konservantlar qatılan yeməkləri yeməyin, sağlamlığınıza ziyandır. Yaxşı olar ki, ev yeməkləri olsun. Salatlardan istifadə etmək olar”.

 

Rəna xanım spirtli içkilərin də kökəlmələrə səbəb olduğunu bildirib:

 

 

“Təsadüfi deyilki, bəzi bəylərimizə “pivə qarın”lı da deyirlər. Nəyə görə? Çünki spirtli içkilər yüksək karbohidrat ötürdüyü üçün qan şəkəri sürətlə qalxır və sürətlə də aşağı düşür. Bəzi insanlar deyir ki, içki içəndə çox yeyirəm. Bəs səbəb nədir? Çünki qan şəkəriniz qalxıb-düşdüyü üçün siz də yenidən qidalanmaq, yemək istəyirsiniz. Spirtli içkilər məsləhət görmürük, içmək istəsəniz belə ara-sıra şad günlərdə bir bakal qırmızı şərab içə bilərsiniz. Spirtli və ya energetik içkilər kökəlməkdən başqa qaraciyər yağlanmasına da öz mənfi təsirini göstərir. Ən yaxşısı sudur. Əgər adi su içməkdən bezmisinizsə, meyvələri əzib, onlardan buz düzəldin. Həmin buzları suya atıb suyu dadlandırın və rahatlıqla için”.

 

 

 

DİQQƏT!

 

Əgər sağlam şəkildə arıqlamaq istəyirsinizsə, müalicə üçün Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin həkimi, Kliniki Dietoloq Rəna Bayramovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95

MOB: (055) 254-05-03

WhatsApp: +970-569-020-120

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı