Fərəc Quliyevin köməkçisinə Milli Məclis tərəfindən rəsmi təşəkkür

16:35 07-07-2018 | icon 742 | Siyasət
Fərəc Quliyevin köməkçisinə Milli Məclis tərəfindən rəsmi təşəkkür

 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı Fərəc Quliyevin köməkçisi Həbib Ələkbərova deputat köməkçiləri arasında fəaliyyətinə görə fərqləndiyi üçün Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev rəsmi təşəkkür elan edib.

 
 
Milli Dirçəliş Hərəkatı Partiyası Mətbiat xidmətindən Versus.Az-a verilən məlumata görə, bununla bağlı verilmiş əmrdə qeyd olunur ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının ofisinin işinin təşkil və təmin olunmasında fəaliyyətini və peşəkarlığını, əmək və icra intizamının, əmək vəzifələrinin yüksək səviyyədə yerinə yetirilməsində fərqlənməsini nəzərə alaraq, 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fərəc Quliyevin köməkçisi Ələkbərov Həbib Müzəffər oğluna təşəkkür elan edilsin.”
 

Milli Məclis Aparatının Peşəkar inkişaf və deputat köməkçiləri ilə iş sektoru tərəfindən deputat köməkçilərinin fəaliyyəti ilə bağlı müntəzəm şəkildə həyata keçirilən monitorinqlər, fəaliyyətlə bağlı alınan hesabtlar və eyni zamanda həmin sektorun əməkdaşları tərəfindən Suraxanı rayonu ərazisində aparılmış monitorinqin nəticələrinə əsasən bu qənaətə gəlinib.
 

Həbib Ələkbərov vətəndaşlar tərəfindən deputat Fərəc Quliyevə edilən müraciətlərin qəbulu, qaldırılan problemlərin vaxtında həll edilməsi, araşdırılması və ya aidiyyəti üzrə digər dövlət orqanlarına yönləndirilməsi istiqamətində göstərdiyi fəaliyyətdə fərqlənib.
Bundan əlavə o, seçicilərlə əlaqlələrin genişləndirilməsi məqsədiilə mütəmadi məhəlli görüşlərin keçirilməsini uğrla təşkil edib.
 

Qeyd edək ki, Fərəc Quliyevin təşəbbüsü ilə seçildiyi 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə seçilcilərlə deputat arasında sıx münasibətlərin qurulması üçün, aparılan deputat qəbullarından əlavə, mütəmadi məhəlli görüşlər keçirilir. Hər həftə bir ərazidə keçirilən görüşlərdə sakinlərin problemləri dinlənilir, ərazilərdə olan infrastruktur problemlərə yerində baxış keçirilir, edilən müraciətlər qeydə alınaraq nəzarətə götürülür. Məhəlli görüşlərdə sakinlərlə milli və dövlətçilik maraqları naminə birlik nümayiş etdirmək, bölücü və separatçı qüvvələrə qarşı birgə mübarizə aparmaq istiqamətində söhbətlər aparılır.
Bu görüşlərin təşkilini uğurla həyata keçirməklə yanaşı Həbib Ələkbərov deputat qəbullarının müntəzəmliyi və sakinlərə daha uyğun məkanda keçirilməsi ilə bağlı Fərəc Quliyevin təşəbbüsünü həyata keçirir.
O, Suraxanı rayonu üzrə bütün statistik göstəriciləri nəzarətdə saxlamaqla rayonun inkişaf tempini deputatın lazımınca müşahidə etməsini, rayonun sosial-ictimai vəziyyətinin gündəlik monitorunqini apararaq deputatın məlumatlandırılmasını təşkil edir.
 

Eyni zamanda Həbib Ələkbərov köməkçisi olduğu Fərəc Quliyevin parlamentlərarası dostluq qrupunda olduğu ölkələrdə baş verən mühim ictimai-siyasi prosesləri və hadisələri diqqətdə saxlayaraq, lazımi münasibətlərin bildirilməsi ilə bağlı mütəmadi işlərin görülməsində və digər məslələrdə deputata yaxından köməklik edir.
Onu da qeyd edək ki, Fərəc Quliyevin deputat kimi fəaliyyəti və göstərdiyi təşəbbüslər seçicilər tərəfindən daim minnətdarlıqla qarşılanmışdır. Bu təşəbbüslərin icrası və vətəndaş məmnunluğunun yaradılmasında deputata köməkliyinə görə Həbib Ələkbərova bir neçə dəfə Milli Məclis Aparatinin Peşəkar inkişaf və deputat köməkçiləri ilə iş sektoru tərəfindən şifahi təşəkkür elan edilmişdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin