Tariximizə qarşı səlib yürüşü

15:23 18-08-2020 | icon 2171 | Köşə
Tariximizə qarşı səlib yürüşü

Odurağarandan ötən zərbə və susan tarixçilər

İGİD TEYMURLU

 

ODURAĞARANdan ötən zərbə indi Bütöv Azərbaycana dəyməkdədi. Böyük bir alim qrupu neçə aydır ki, Təhsil nazirliyinin Azərbaycan tarixi, Azərbaycan dili və ədəbiyyatı, Türkologiya fənlərinin saatlarını azaldılması ilə bağlı "sos" siqnalı verməkdə idi. Və elə bu yaxınlarda həmin qrupun səhv etmirəmsə 50 -dən yuxarı üzvü bununla bağlı bir bəyanat da verdilər. Bu bəyanata münasibətdə on minlərlə yurdsevər həyəcan təbili vuran aydınlarımızın səsinə səs verib onlarla həmrəy olduqlarını ortaya qoydular...

 

AMMA VƏ LAKİN...

MİLLİ MƏCIİSDƏ OTURAN "TƏHSİL EKSPERTLƏRİ", TARİXÇİLƏR SUSUB DAYANDILAR - MƏSƏLƏN, ETİBAR ƏLİYEV, MUSA QASIMLI VƏ BAŞQALARI kimi..

 

Sonra da inciyirlər ki, bəs nədən MİR ŞAHİN bunlara "EKS PERT" DEYİR. Mir Şahin bunu demir, Mir Şahin rus şairi Kuznetsovun sözü olmasın, sındırdığınız güzgünün qırıntılarına sizi özünüzə baxmağa dəvət edir, güneyli soydaşlarımız demişkən, ağayi-Etibar Əliyev və ağayi Musa Qasımlı!..

 

Musa Qasımlıdan olsa Azərbaycan tarixinin ümumiyyətlə 1993-cü ildən başladığını deyər...

 

Sonra da bəzi dostlar deyir ki, "sənin işin-gücün yoxdur, nə istəyirsən bu Musa Qasımlıdan?"..

 

Mən Musa Qasımlıdan öz şəxsi mənfəətim naminə heç nə istəməmişəm və istəmərəm də. İstədiyimsə Bu olub: Mən Musa Qasımlıdan doğulub boya başa çatdığım Yardımlı rayonunun Alçabulaq, ODURAĞARAN kəndlərinin problemlərinin həll edilməsində bir vasitəçi olmağını istəmişəm. Mən Musa Qasımlıdan ODURAĞARAN kəndinin adının FARSLAŞDIRILARAQ "Odurakəran" kimi yazılmasının qarşısının alınmasında bir vasitəçi olmasını istəmişəm. Mən Musa Qasımlıdan bu kəndlərə qaz çəkilməməsinin,yol çəkilməməsinin, mədəni maarif ocaqlarının olmamasının, mal-heyvan ayaqları altında tapdalanan tariximizə biganəliyinin, bölgədə yaşanan ekoloji fəlakətə münasibətdə susmasının nədənlərini soruşmuşam?..

Adam susub, əvəzindəsə trol dəstəsinin hücumuna məruz qalmışam....

 

Çox təəssüf ki, cəmiyyətin və həmkəndlilərimin də əksəriyyəti buna münasibətdə susdular. Və belə susqunluq Musa Qasımlıların daha böyük coğragiyada və daha böyük məsələlərə münasibətdə dəyirmi mövqedə dayanıb tamaşa etməsinə gətirib çıxardı. ODURAĞARANDAN ötən zərbə indi bütövlükdə Vətəni sarsıtmaqdadı. ODURAĞARAN adının farslaşdırılmasına əgər zamanında indi bəyanat imzalayan aydınlarımız öz kəskin etirazlarını bildirsəydilər, bax indi Etibar Əliyev kimi "eks"pertlər də, tariximizə ictimai -siyasi nərdivanda durduğu pillədən boylanan Musa Qasmlılar da onların Vətən naminə"sos" siqnalları qarşısında susmağa cürət etməzdilər..

 

Əsrimiz texnologiya əsridir. İndi klaviaturanın təpəsinə bir çırtma vuran kimi sənə dünyanın o ucundan xəbər verir. Heç inkişaf etmiş Avropa ölkələrini demirəm, yaxın xaricdə tarix, dil və ədəbiyyat fənnlərinin saatlarına baxın. Hətta işğalçı Ermənistanın özündə belə tarix dərslərinə münasibət Azərbaycanla müqayisədə heyrət doğurur. Siz bizə tariximizi unutdurmaqla bizi Rusiyanın, İranın, Ermənistanın, Gürcüstanın yeminə çevirməyin peşindəsinizmi, sayın Etibar Əliyev, sayın Musa Qasımlı və sayın qanunverici orqanda bu problemə münasibətdə susub duran deputatxana işçiləri!? Yox əgər bunun peşində deyilsinizsə, onda nədən susursunuz!? Nədən təqdim etdiyiniz layihə ilə bağlı bəyanat yayan aydınlarımızın, onlara səs verən seçicilərinizin səsini eşitmirsiniz!? Siz kimin yanıbdasınız? Siz nəyin fərqindəsiniz?..

 

Alimlər vurğulayırlar ki, "orta məktəblərin yuxarı siniflərində ixtisaslaşma gedir. Dəqiq elmləri keçənlər artıq tarix fənnini keçmirlər. Sonra da universitetlərə gəlirlər, bunlara da tarix fənni 1918-ci ildən bu yana tədris olunacaqdır. Demək, bunlara 1918-ci ilə qədər ermənilərin törətdikləri soyqırımlar keçirilməyəcəkdir. Əslində, Azərbaycanın işğal tarixi XVIII əsrin sonlarından başlayıbdır"...

 

Belə tədris erməniyə, rusa, farsa, gürcüyə yaşıl işıq yandırmaqdan başqa bir şey deyil. Erməni özünə olmayan tarix formalaşdırır, amma biz 7500 illik tariximizin üstündən beləcə xətt çəkirik. Daha doğrusu, siz xətt çəkirsiniz bu tarixin üstündən. Bunun bir adı var - o da erməni dəyirmanına su tökməkdir...

 

Peşəsindən, ixtisasından asılı olmayaraq hər kəs bu xəyanətin qarşısının alınmasında əsgər qiyafəsində olmalıdır. Bu gün bu kateqoriyadan olan "ziyalılar"ın susqunluqlarıyla tariximizə, ədəbiyyatımızda qarşı səlib yürüşü düzənlənməkdədir. Dünən ODURAĞARAN adını "Odürakəran" edib farslaşdıranlar bu gün də tarix və ədəbiyyatımızın tədris saatlarını hələ etdirməklə erməniyə, rusa qucaq açırlar. Öyləsə, susan Musa Qasımlıları, susan Etibar Əliyevləri necə başa düşək!?

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı