Ayı öz balasını belə “danladı” - VİDEO

09:55 19-08-2020 | icon 668 | Maraqlı
Ayı öz balasını belə “danladı” - VİDEO

Sosial şəbəkələrdə hər şeylə maraqlanan ayı balasının anası tərəfindən “danlanması” barədə görüntülər böyük maraqla qarşılanıb.

 

“The Dodo”nun məlumatına görə, kadrlar ABŞ-ın Şimali Karolina ştatında qeydə alınıb.

 

Bildirilir ki, video çəkilən gün ev sahibləri Şumer Uilyams və əri yataq otağının pəncərəsindən eşitdikləri səsə oyanıblar. Məlum olub ki, giriş qapısının ağzında balaca ayı balası var.

 

Kadrlarda ayı balasının maraqla pəncərədən içəri boylandığı görünür. Sonradan anası yaxınlaşaraq balanı kənara çəkir. Videoda bu mənzərə elə görünür ki, sanki ana balasını dəcəlliyinə görə danlayır.

Görüntüləri paylaşan Şumer özü də iki uşaq anası olduğunu bildirərək, ana ayını anladığını deyib:

 

“Bu öz uşaqlarımla gündəlik ünsiyyətim kimi idi. Düşünürəm ki, videonu məhz bu, çox möhtəşəm edib”.

 

Onun fikrincə ayı danışa bilsəydi balasına belə deyərdi:

 

“Yüz dəfə sənə demişəm ki, insanları narahat etmə”.

 

Şumer vurğulayıb ki, bu kadrlar tərbiyənin bəzi aspektlərinin müxtəlif növlər arasında eyni olduğunu göstərir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol