Gözdən əlillər üçün “ağıllı əlcəklər

09:57 19-08-2020 | icon 647 | Maraqlı
Gözdən əlillər üçün “ağıllı əlcəklər

Türkiyədə gözdən əlillər üçün “ağıllı əlcəklər” hazırlanacaq.

 

“Demokrat” xəbər verir ki, İzmir İqtisad Universitetində başladılan layihə ilə gözdən əlil şəxslər istədikləri rəng və üslubda geyim seçə biləcəklər.

 

Universitetdən bildirilib ki, bu əlcəklərin moda ilə əlaqəli bir çox məsələdə gözdən əlillərə kömək edəcəyi gözlənilir.

 

Yüngül, antibakterial və yuyula bilən parça ilə istehsal olunmağı hədəfləyən əlcəyin üzərinə kamera yerləşdiriləcək. Minlərlə geyim növü və rənglər haqqında məlumatları müəyyən edən proqram yaradılaraq əlcəkdəki elektron hissəyə qeyd olunacaq.

 

Gözdən əlil istifadəçi “ağıllı əlcəklər”lə geyimə toxunduqda kamera paltarın şəklini çəkəcək, onun rəngini və modelini səsləndirəcək. Eyni zamanda, seçilmiş geyimlə hansı modellərin uyğun olacağı ilə bağlı təklifləri də sadalayacaq. Əlcəkdəki elektron hissə asanlıqla çıxarıla, əlcək yuyulduqdan sonra yenidən istifadə edilə bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi