Deputatın bu müraciəti də müsbət həllini tapdı

16:04 19-08-2020 | icon 683 | Mədəniyyət
Deputatın bu müraciəti də müsbət həllini tapdı

Astara şəhər Musiqi Məktəbinə Oqtay Kazıminin adı verildi

 

Bir müddət öncə Astara şəhərindən bir çox ziyalılar Musiqi Məktəbinə Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar Oqtay Kazıminin adının verilməsi ilə bağlı Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya müraciət ünvanlamışdılar.

 

Versus.Az xəbər verir ki, eyni zamanda Qənirə Paşayevanın Astara rayonunu təmsil edən millət vəkili, dəyərli ziyalı Rəşad Mahmudovla bu məsələ ətrafında söhbəti zamanı ziyalıların müraciətinin müsbət həllini tapmasının rayon sakinləri arasında məmnunluqla qarşılanacağı vurğulanmışdı.

 

Qeyd edək ki, millət vəkili Qənirə Paşayevanın bu məsələyə baxılması xahişi ilə baş nazir Əli Əsədova Mədəniyyət komitəsi adından etdi müraciət öz müsbət həllini tapıb.

 

Qənirə xanım vurğulayıb ki, Astarada doğulan Oqtay Kaziminin doğma şəhərdə adının əbədiləşdirilməsi, habelə bu xəbərin onun anım günü ərəfəsinə təsadüf etməsi xüsusi məmnunluq doğurur:

 

"Görkəmli bəstəkarımıza ulu Tanrıdan rəhmət diləyərkən, onun adını daşıyacaq məktəbdə musiqi təhsili alacaq şagirdlərə isə böyük gələcək arzulayırıq. Hörmətli Baş nazirimiz Əli Əsədova Mədəniyyət Komitəsi və Astara rayon ziyalılarının müraciətinə bu cür həssas münasibətindən dolayı təşəkkür edir, məsuliyyətli və şərəfli işində uğurlar arzulayırıq".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol