Braziliyada Azərbaycana həsr olunan fotosərgi keçirilib - FOTO

09:55 20-08-2020 | icon 726 | Mədəniyyət
Braziliyada Azərbaycana həsr olunan fotosərgi keçirilib - FOTO

2020-ci ilin 18 avqust tarixində Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov Braziliyanın Qoyas ştatına səfəri çərçivəsində Qoyaniya şəhərində yerləşən əyalətin Qanunverici Şurasının binasında Azərbaycana həsr edilmiş fotosərginin açılış mərasimində iştirak edib.

 

Versus.Az xəbər verir ki, bu barədə səfirliyin məlumatında bildirilib.

 

Məlumata görə, açılış nitqində səfir Elxan Poluxov Azərbaycan-Braziliya və xüsusi ilə Qoyas ştatı ilə inkişaf edən əlaqələrdən danışıb, bu sərginin son illər ərzində sayca üçüncü olduğunu qeyd edib.

 

Əyalət ilə iqtisadi, elmi, humanitar və digər sahələrdə münasibətlərin inkişafının vacibliyini vurğulayaraq, gələcək planlara dair fikirlər səsləndirib. Çıxış zamanı, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin ərazilərinin işğal altında olduğu, tariximizə, mədəniyyətimizə Ermənistan tərəfindən vurulan ziyanlar və 12 iyul hadisələri haqqında faktlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Sərginin açılışında Braziliya tərəfindən Qoyas ştatının Qanunverici Şurasının Prezidenti cənab Lissauer Vieira başda olmaqla, digər rəsmi şəxslər, yerli və federal deputatlar, incəsənət dairələrinin və elm ocaqlarının nümayəndələri iştirak ediblər. Sərgidə Azərbaycanın xalçaları, təbiəti, memarlığı, həmçinin işğal altına olan torpaqlarımızın təsviri fotoları nümayiş etdirilmiş və çap materialları paylanılıb.

 

Tədbir çərçivəsində “İRS” jurnalının portuqal dilində sayca dördüncü nəşrinin təqdimatı keçirilmişdir. Jurnalda ölkəmizin tarixinə, mədəniyyətinə və görkəmli milli simalarına həsr olunan məqalələr ilə yanaşı, səfirliyimizin Braziliyada fəaliyyəti, keçirdiyi müxtəlif yönlü tədbirləri haqqında məlumatlar, həmçinin yerli siyasi və elmi dairələrdən olan nümayəndələrin yazıları yer alıb. Burada diplomatiyamızın 100 illiyi, Azərbaycan-Braziliya münasibətləri – parlamentlərarası əlaqələri, ölkəmizin multikulturalizm siyasəti əks etdirilmiş və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi – Xocalı Soyqırımından bəhs edən materiallar ilə tanış olmaq mümkündür.

 

Qeyd olunasıdır ki, sərgi 28 avqust tarixinə kimi davam edəcək və bu müddət ərzində onu yüzlərlə insan ziyarət edə biləcək.

 

Həmçinin, səfər zamanı səfir Elxan Poluxov Qoyaniya şəhərində yerləşən Katolik Universitetini ziyarət edərək, tədris ocağının rəhbərliyi və müəllim heyəti ilə görüşüb, təhsil sahəsində ikitərəfli əməkdaşlıq üçün vacib olan məlumatlar ilə bölüşmüş və qarşı tərəfi maraqlandıran suallarını cavablandırmışdır. Səfər müddəti ərzində yerli mətbuatda çoxsaylı müsahibələr verilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR