Əliağa Şıxlinskinin məzarı abadlaşdırılacaq, büstü qoyulacaq
Qənirə Paşayeva: "Bura vətənpərvər gənclərimizin ziyarət yerlərindən biri olacaq"
"2 gün əvvəl dünya şöhrətli əfsanəvi Azərbaycan generalı Əliağa Şıxlinskinin anım günü idi. Ötən aylarda, generalın bəzi varislərinin müraciəti əsasında Mədəniyyət komitəsində görüşmüş, onların xahişi əsasında, generalın (və ailə üzvlərinin) Yasamal qəbirstanlığında yerləşən məzarının və ətrafının abadlaşdırılması, məzar üzərinə büstün qoyulmasına köməklik göstərilməsi üçün əlaqədar qurumlara rəsmi məktubla müraciət etmişdik".
Versus.Az xəbər verir ki, bunu Azərbaycan generalı Əliağa Şıxlinskinin anım günündən danışan Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva deyib:
Millət vəkili Qənirə Paşayeva Azərbaycan Əlahiddə Korpusunun yaradılmasında, Hərbiyyə Nazirliyinin və Azərbaycan Xalq Cümhuriyyəti Orudusunun təşəkkülü və formalaşmasında fədakarçasına çalışmış, ömrünün sonunadək vətəninə sədaqətlə xidmət etmiş görkəmli şəxsiyyətin xatirəsini əziz tutmaqla bağlı müraciətlərinin öz müsbət həllini tapdığını məmnunluqla bildirib:
"Nazirlər Kabinetinə Mədəniyyət komitəsi adından təşəkkürümü bildirirəm. Nazirlər Kabinetindən məlumat verildi ki, bu məsələ ilə bağlı gərəkən bütün işlərin yaxın zamanlarda və yüksək səviyyədə yerinə yetiriləcək. Dünya şöhrətli general-leytenantın məzarının və çevrəsinin abadlaşdırılması, büstünün qoyulması tariximizə və böyük şəxsiyyətlərə verilən dəyərin ifadəsi kimi də çox vacibdir və gələcəkdə də vətənpərvər gənclərimizin ziyarət yerlərindən biri olacaq. Bir daha Nazirlər Kabinetinə şəxsim və Mədəniyyət Komitəsi adından təşəkkür edirəm".
PƏRİ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"